Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyul

2014
09:32
Vəkil polisin narkotik satdığını iddia etdi
Vəkil İbarət Həsənov: «Belə çıxır ki, polis narkotik satdırır»

“Lənkəranlı sosial şəbəkə məhbus Şaiq Ağayevi şərləyərək üzünə duran şəxslərdən biri olan Afərin ləqəbli Araz Eyvazov daha 2 nəfəri tutdurub. Bunu “Bizim Yol”a Ş.Ağayevin vəkili İbarət Həsənov deyib.

Vəkilin sözlərinə görə, Ş.Ağayevin işində şərti alıcı olan olan A.Eyvazov Lənkəran rayon sakini olduğunu qeyd etsə də, yeni işdə istintaqda o Lerik rayon Peştətük kənd sakini kimi təqdim olunur. O, Rusiyaya qaçıb,  və Ş.Ağayevin məhkəməsində iştirakı təmin ediməyib.

“İndi onun əli ilə iki nəfər Lerik rayon sakini - Şahin Əliyev və Məhəmməd Cəfərov tutulub. İş qurama və bir nəfərin üzərində qurulub deyə, onu məcburi Rusiyadan gətirdiblər. Hadisə bu il fevralın 26-da Lerik rayonunun Piran kəndində olub. Çayxanada oturub çay içdikləri zamanı gəlib bunları tutublar. Tutulan zaman müdafiə etdiyim Şahin Əliyevin üstündə heç nə aşkar olunmayıb. Amma polisdə ondan da Şaiq Ağayev kimi hədə-qorxu ilə etirafedici ifadə alıblar. Araz üzünə dayanır ki, güya Şahin ona narkotik maddə təklif edirmiş. Əslində Araz Eyvazov narkotik maddələrin dövriyyəsi, istifadəsi və satışı ilə məşğuldur. Müdafiə etdiyim şəxs arabir marixuanadan istifadə etdiyini səmimi şəkildə etiraf edir. Hər dəfə də ona marixuananı məhz Araz Eyvazov satıb.  Hətta istintaqda məlum oldu ki, 90 HT 323 dövlət nömrə nişanlı “Niva” avtomobilindən Araz Eyvazov narkotik maddəni götürərərk Şahinə satıb. Polislər də deyirlər ki, bu maşın bizimdir. Belə çıxır ki, Araz Eyvazova polis narkotik satdırır”, - deyə qeyd edən vəkil işin hazırda Lerik rayon Polis Şöbəsində araşdırıldığını dedi.

Vəkil bildirdi ki, bu günlərdə Ş.Ağayevlə bağlı Lənkəran rayon Məhkəməsinin verdiyi hökmdən Şirvan Apellyasiya məhkəməsinə şikayət edəcək.
 
Xatırladaq ki, 2013-cü il yanvarın 14-də sosial şəbəkələrdə Lənkəranda övladının müəllim tərəfindən döyülməsi ilə bağlı videomüsahibəsi yayılan Şaiq Ağayev fevralın 5-də həbs edilib. Yalnız bir həftədən sonra ailə üzvləri xəbər tutublar ki, Ş.Ağayev Narkotiklərlə qarşı Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinə aprılıb. Ailə üzvləri baş verənlərin məhz yayılan videoçarxla bağlı olduğunu güman ediblər. Təxminən il yarım davam edən məhkəməərdən sonra Ş.Ağayev 3 il 6 ay meddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılıb. Media Hüququ İnstitutu və hüquq müdafiəçiləri Ş.Ağayevi “sosial şəbəkədə fikri yayıldığı üçün” vicdan məhbusu hesab edirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 10:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru