Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2014
17:50
2302
Hacı İbrahim Nehrəmlini soyanlar azadlığa çıxdılar

Bakı Ağır Cinayətlər Məhkəməsində “Avesta” Konserninin xəzinədarını hədələyərək külli miqdarda pul aparan Fizuli Nəbiyev və Əlizamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən F. Nəbiyev və Ə. Əliyev hər biri ayrı-ayrılıqda 7 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduqları 7 ay 10 gün müddət cəzalarına bərabər tutulmaqla hər iki şəxs cəzalarını çəkmiş hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il dekabrın 6-da Bakının Nərimanov rayonu ərazisində, Məmməd Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobillə qaçıblar.

Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar. Onlar Cinayət Məcəlləsinin 181.3.2 (quldurluq-külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham olunub.

Həmin şirkət Hacı İbrahim Nehrəmliyə məxsusdur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 16:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com