Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2014
14:25
834
“Qarabağsız, təhsilsiz Azərbaycnın günahkarı İsa Qəmbərdir”
Zərdüş Əlizadə: “Elçibəy Xalq Cəbhəsinin Nizamnaməsinə “zibil” deyirdi”

Ötən gün Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə qurumun İdarə Heyətinin üzvü olmuş, politoloq Zərdüşt Əlizadəni tənqid edib. Qəmbər deyib ki, AXC İdarə Heyətinin siyahısı təqdim ediləndə Zərdüşt Əlizadə sənəddən Əbülfəz Elçibəyin adının cıxarılmasını istəyib: “Bunun səbəbini soruşdum bildirdi ki, o həbsdə olub, AXC-ni qeydiyyata almaya bilərlər. Dedim ki, nə dəxili var ki, güclü olacağıqsa, qeydiyyata alacaqlar. Yəni Zərdüşt Əlizadə belə adamdır. Bəziləri onu intellektual, mənəviyyatlı adam hesab edir. Bilirsiniz, ötən il o bəyanat yayaraq bildirdi ki, Müsavatda bir nəfər də olsun intellektual insan yoxdur. Sizdə, intellektual insan belə söz deyərmi? Mən heç bu fikri YAP haqqında demərəm. Ona görə də onu tədbirə dəvət etmədim. Onlar ayrı yolun yolçusudur.”

İsa Qəmbərin çıxışına cavab olaraq politoloq Zərdüşt Əlizadə FaktXəbər-ə bildirib ki, Xalq Cəbhəsinin Azərbaycana nə verdiyi göz qabağındadır, süfrədədir:

“Qarabağsız, hüquqsuz, azadlıqsız, təhsilsiz, səhiyyəsiz, sənayesiz , hakimiyyətin təpiyi altında inildəyən Azərbaycan bu Xalq Cəbhəsinin fəaliyyətinin nəticəsidir. Onların ilk ön sıralarında gedən Əbülfəz Elçibəydir, İsa Qəmbərdir və digərləridir.“

Zərdüşt bəy daha sonra qeyd etdi ki, Elçibəy barədə fikirlərini heç zaman gizlətməyib:

“Mən həmişə demişəm və indi də deyirəm ki, o adamın Xalq Cəbhəsinin nəzəri sənədlərinə heç bir dəxli yoxdur. Nə Məramnaməsindən xəbəri olub, nə Nizamnaməsindən. Məramnaməsinin əleyhinə olub, Nizamnaməsinə zibil deyib. Bu adam KQB-nin agenti kimi gəlib hamiyyəti təhvil verib və gedib  4 il Kələkidə keyf edib. Vəssalam, onun mahiyyəti budur. Əgər onu hansısa mütəfəkkir və siyasətçi sayırlarsa, sözüm yoxdur.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
32

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 10:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru