Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2014
10:26
Masallıda polisi bıçaqla qovladılar

FaktXəbər-in Cenubnews.com saytına istinadən verdiyi məlumata görə, bu gecə saat 00.30 radələrində Masallı rayonu Heydər Əliyev parkının yaxınlığında "VAZ 21074" markalı,10 LU 037 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən minik avtomobilinin ön tərəfində "şaravoy" çıxıb və sürücü avtomobili yolun kənarında saxlayıb.

Bu zaman həmin ərazidə növbə çəkən Post Patrul Xidmətinin əməkdaşları rayon DYP-ə zəng edərək sürücünün qəza törətdiyini xəbər verib.Bir neçə dəqiqə keçməmiş Masallı Rayon Polis Şöbəsinin DYP-i bölməsinin əməkdaşları polis leytinantı Mirxas Təhməzov və polis serjantı Kənan Mövsümov həmən əraziyə gəlib.

Yol polisi sürücü ilə danışdığı zaman avtomobil yolundan keçən "Prirora" markalı minik avtomobilinin qarşısını Post Patrul Xidmətinin əməkdaşı kəsib."Prirora" markalı minik avtomobilində olan 20-25 yaşlarında gənc Post Patrul Xidmətinin əməkdaşını söyərək yoluna davam edib.Vəziyyətin qəlizləşdiyini, insanların onlara güldüyünü görən polis əməkdaşı xidməti avtomobilinə oturur.Çox keçmədən "Prirora" markalı avtomobil Heydər Əliyev parkının qarşısında peyda olur.Avtomobilin içində olan gənc düşərək onun yolunu kəsən Post Patrul Xidmətinin əməkdaşını axtarır.Birdən 20-25 yaşlarında olan bu gəncin gözü Post Patrul Xidmətində oturan həmən polis serjantına sataşır.Həmən gənc oğlan polis avtomobilinə yaxınlaşaraq "sən idin mənim yolumu kəsən ay səni filan filan olasan....." Bu zaman polis serjantı əlindəki rezin dəyənəklə həmən gənci iki dəfə vurur.Gənc oğlan yerə yıxılır.Polis serjantı yanındakı cəbhə yoldaşlarına "götürün qandallayın basın maşına", "mən deyirəm tutun bunun əl qolunu bağlayın atın maşına." Amma polis serjantı ilə birlikdə növbə çəkən polis əməkdaşları nədənsə həmən gəncin əllərini qandallaya bilmirlər.Gənc oğlan yerdən qalxaraq "dayan indi səni belə edəcəm...." Qaçaraq avtomobilindəki bıçağı götürür.Daha sonra polisin üstünə hücum çəkərək "sən idin məni dubinka ilə vuran?" "Bura gəl səni gör nə hala qoyacam." Polis serjantı əlindəki rezin dəyənəklə arxası ilədə həmən gənc oğlan əlində 15-20 sm bıçaqla polisi qovalamağa başlayır.Sonra polis serjantı əlindəki rezin dəyənəyi də yolun kənarında ataraq bir başa rayon polis şöbəsinə qaçır.Bir qədər keçməmiş qaçan polis və bir neçə polis zabitləri Masallı RPŞ-nin növbətçi hissə avtomobili ilə hadisə baş verən əraziyə yaxınlaşaraq həmən gəncin axtarışına başlayır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3904

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2247

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 20:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru