Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2014
09:41
987
`Qarabağ` Çempionlar Liqasında daha bir qələbə qazandı

FaktXəbər-in verdiyi məlumata görə, ötən gün Çempionlar Liqasında II təsnifat mərhələsində mübarizəyə start verilib.Tarixində ilk dəfə bu yarışa qatılan komandamız Maltada “Valletta”nı məğlub etməyi bacarıb. 17-ci dəqiqədə Çumbinyonun qolu ilə fasiləyə üstün durumda yollanan təmsilçimiz oyunu elə bu hesabla baş vurub. 

Qeyd edək ki, Bakıdakı cavab oyunu iyulun 22-də baş tutacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

15 iyul

 “Valletta” (Malta) – “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Çumbinyo, 17 

Qırmızı vərəqə: Conatan Karuana, 84

85-ci dəqiqədə Riçard Almeydanın penalti zərbəsini qapıçı dəf edib.

Baş hakim: Adrien Jakkottet (İsveçrə)

Ta-Qali milli stadionu

“VALLETTA”: 28. Niki Vella, 2. Conatan Karuana, 3. İan Atsopardi, 5. Rayan Kamilyeri, 6. Rayan Fenek (k), 8. Uqo Fariya, 10. Roderik Briffa, 15. Latif Elford-Alliyu (15. Rafael Kooh-Sona, 72), 18. Şon Bayada, 30. Abdelkarim Nafti (24. İan Zammit, 85), 36. Luk Dimek.

Baş məşqçi: Gilbert Acius.

“QARABAĞ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (7. Namiq Yusifov, 79), 9. Reynaldo, 10. Muarem Muarem (11. Danilo Dias, 72), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 87), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Baş məşqçi: Qurban Qurbanov.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Şərhlər
Resad Qafarov tərəfindən 22-07-2014 11:12:27 tarixində yazıldı
``Umudumuz Qarabagdir``
Qarabag`in UEFA Cempionlar liqasina dusmeyini isteyirik tek umudimiz Qarabag
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru