Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2014
15:57
339
Bakı Dairəvi Yolunda sürücü narazılığı yaranıb

Artıq bir neçə həftədir Bakı Dairəvi Avtomobil yolunun bir hissəsi təmir üçün bağlanıb. Yolun şəhərdən çıxış hissəsinin bağlanması səbəbindən sürücülər ya ödəniş edərək Sədərək Ticarət Mərkəzinin ərazisindən, yaxud da keçilməsi qeyri-mümkün olan Lökbatan yolundan istifadə edə bilər. Bundan narazı olan bəzi sürücülər isə yolun bağlanmasını pul yığmaq üçün tələ adlandırır.

Məsələyə münasibət bildirən “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Sədərək bazarının daxili avtomobil yolunun təmsil etdiyi quruma heç bir aidiyyatı olmadığını vurğulayıb: «Bəzi mətbuat orqanlarında bununla bağlı yazılan bütün yazılanlar da cəfəngiyatdan başqa bir şey deyil. Yolun bağlanmasında məqsəd yolda qrafikə uyğun təmir işlərinin aparılmasıdır. Yolların istismarı prosesində xidmət müddətləri və təmirlərarası müddət anlayışı var. Orada avtomobil yolunun neçə ildən bir təmir olunmalı olduğu göstərilib. Məsələn, 4-5 ildən bir yol geyiminin aşınma qatı götürülüb yenidən vurula bilər. Amma intensivlik artıqda, bu müddət aşağı düşə və 3 il ola bilər. Nəzərə alsaq ki, Bakı Dairəvi Avtomobil yolu cənub-qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin şimal və əks istiqamətdə Bakı şəhərinə daxil olmadan hərəkətini təmin edir, burdan da minik avtomobilləri ilə yanaşı, sutka ərzində çoxlu sayda ağır yüklü nəqliyyat vasitələri keçir. Yol elə bir mühəndis qurğusudur ki, vaxtlı-vaxtında qulluq edilməsə, daha böyük fəsadlara gətirib çıxarır. İstər avtomobil yolu olsun, istərsə də istənilən mühəndis qurğusu aşınmaya məruz qalır. Güman edirəm ki, yaxın aylarda biz işi yekunlaşdıracağıq». avtosfer

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
275

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
166

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
248

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
183

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
195

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
178

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
199
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru