Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2014
13:40
671
Qarabağ qaziləri 31 nəfərə təlim keçib

"Qarabağ qaziləri" İctimai Birliyinin Azərbaycan Respublikası QHT-lər Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin sosial problemlərinin həllinə dəstək" layihəsi başa çatıb.  Bu barədə layihənin rəhbəri, "Qarabağ qaziləri" İctimai Birliyinin sədr müavini Firudin Məmmədov məlumat verib. Onun sözlərinə görə, dörd ay davam edən layihədə Qazilər əvvəlcədən icra planında nəzərdə tutulan bütün işləri başa çatdırıblar. Layihənin məqsəd və vəzifələrindən danışan F.Məmmədov bunları deyib: "Həyata keçirdiyimiz layihənin məqsədi Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərinin həyat şəraitini yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə dəstək olmaqdır. Bu məqsədlə də biz sözügedən təbəqənin nümayəndələri, onların ailə üzvləri üçün kompüter və ingilis dili kursları təşkil etdik. Əvvəlcə kurslara ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərindən 31 nəfərin müəyyənləşdirdik. Ardınca isə onlar üçün peşəkar kompüter və ingilis dili müəllimləri tərəfindən kursların təşkilini reallaşdırdıq".

Layihə rəhbəri bildirdi ki, təlim kurslarını uğurla başa vuranlara sertifikatlar veriləcək və gələcəkdə onların işlə təmin olunmasında birlik yardımçı olacaq.

Layihə çərçivəsində "Kompüter biliklər" adlı kitabça da çap edilib."Qafqazinfo"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
22

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru