Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2014
11:08
757
Tarasov: “Bakı müharibəyə başlasa, Moskva Qarabağı alacaq”

“Hazırda Bakının qarşısında Qarabağ konfliktinin həlli ilə bağlı iki variant var”. Bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. O, Qarabağda müharibənin başlamasının regionda vəziyyəti dəyişəcəyini bildirib:  

“Bunlardan birincisi Qarabağın - Krım variantında olduğu kimi - tarixi köklərə əsaslanaraq, onu Rusiyanın öz tərkibinə qatmasıdır. Bakının BMT-də Rusiya əleyhinə qətnamənin xeyrinə səs verdiyi zaman bu imkandan öz maraqları çərçivəsində istifadə edəcəyi istisna edilmirdi. İkinci variant isə Azərbaycanın müharibə variantını seçməsidir. Bakı və İrəvan arasındakı müharibə nəinki regionda vəziyyəti gərginləşdirə bilər, hətta Gürcüstan variantını təkrarladar. Yəni Azərbaycanın addımı Qarabağın tanınmasına səbəb ola bilər. Ortada bir fakt var ki, ilk belə addımı Rusiya atacaq. Ona görə də Minsk Qrupu vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan Paris görüşünün intriqalarla dolu olacağı gözlənilir. Uorlik bütün tərəflərin fikirlərinin üst-üstə düşdüyünü desə də, biz Fransanın dolayısı yolla Moskva tərəfindən səslənmiş bəyanatı tənqid etdiyini görmüş oluruq. Bakı isə öz növbəsində Moskvanın əleyhinə olaraq Minsk Qrupunun saxlanılmasının vacib olduğunu bildirir. Görünür, Qarabağ ruleti hələ də fırlanır və getdikcədə sürətini artırır”. Axar.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
9

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
87
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru