Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2014
12:24
874
`Rusiya və Qərb arasında yaranmış gərginliyin Qarabağ məsələsinə müəyyən təsirləri var`
Politoloqlar Azərbaycan diplomatlarının Bakı toplantısını dəyərləndiriblər

İyulun 7-də diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində danışan prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin üzərində geniş dayanıb: “Xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Əfsuslar olsun ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmayıb. Əlbəttə ki, müxtəlif bəyanatlar səslənib, müxtəlif səylər göstərilib. Minsk Qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər ediblər. Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməyib. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdır. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik. Son illər ərzində Ermənistanın bu mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın. Əlbəttə ki, məsələnin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir”.

Dövlət başçısının dediklərini şərh edən politoloq Zəfər Quliyevin fikrincə, diplomatlara verilən məsləhətlər, mesajlar və göstərişlər uzun bir müddətə hesablanıb: “Avropada, dünyada Azərbaycan həqiqətlərini yaymaq, Ermənistanın işğalçı siyasətinin tarixi kökləri, Ermənistan ərazilərinin Azərbaycanla məxsus olması, sonradan İrəvan şəhərinin və digər ərazilərin Ermənistana verilməsi ilə bağlı həqiqətlərin dünyaya yayılması çox vacibdir. Lakin hiss olunur ki, ölkə rəhbərliyi diplomatları uzun bir perspektiv üçün təlimatlandırır. Həqiqətin biz tərəfdə olması, bunu dünyaya yaymağın lazımlılığı barədə deyilənlər gələcəkdə hansısa güc variantının işə salınmasına xidmət edə bilər.

Ona görə ki, lazımlı təbliğat getməlidir, həm ölkə daxilində, həm də dünyada Azərbaycana uyğun olan ictimai rəy formalaşmalıdır ki, sabah Azərbaycan hərbi yola torpaqlarını azad etməyə məcbur olsa, beynəlxalq ictimaiyyətin rəyi tam Azərbaycanın xeyrinə dəyişməsə də, həqiqətlər barədə məlumatlı olsun. Bu, baxımdan prezidentin dedikləri strateji məqsədlərə xidmət edən məsləhətlərdir”.

Ancaq politoloq mətbuata qapalı olan müzakirə və mesajların olduğuna da şübhə etmir: “Ola bilsin ki, bu auditoriya üçün prezidentin dediyi kifayət edirdi. Lakin o da mümkündür ki, mətbuat üçün açıqlanmayan hissələr də var. Prezident daha dar bir çərçivədə məsələnin həll yollarını daha konkret formada müzakirə edə bilər”.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun qənaətincə, prezident ölkənin resurslarının xeyli genişlənməsinə diqqət çəkərək bu resurslardan Azərbaycanın problemlərinin dünyaya çatdırılması, həlli istiqamətində  daha səmərəli istifadəyə çağırış edib: “Rusiya və Qərb arasında yaranmış gərginliyin Qarabağ məsələsinə müəyyən təsirləri var. Həmçinin İranın izolyasiyadan çıxması, Türkiyənin xarici və daxili siyasətində daha müstəqil addımlar atması da öz təsirini göstərir. Ukrayna ətrafında yaranmış Rusiya-Qərb gərginliyi müəyyən mənada Azərbaycanın Qərb və Rusiya üçüm əhəmiyyətini artırır. Gərəkdir ki, bu situasiyadan Qarabağ məsələsinin müsbət həlli naminə istifadə olunsun”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
28

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru