Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2014
19:40
Azərbaycanlı alimin elmi əsəri Vyanada təqdim edilir

Vyanada yerləşən Avstriya Tətbiq Elmlər Beynəlxalq İnstitutu iyulun 8-də azərbaycanlı alim Vüqar Bayramovun “İnteqrasiya: Avropa Birliyi ilə Azad Ticarət yoxsa Gömrük İttifaqı” adlı elmi-modelləşdirmə əsərinin təqdimatını təşkil edilir. Müzakirələrdə Qərbi Avropa, ABŞ və MDB-ni təmsil edilən 30-a yaxın professor iştirak edir.

Vüqar Bayramov bildirib ki, Hedenik Qiymətləndirmə və Linear Reqreasiya modellərindən istifadə etməklə Azərbaycanın bu birliklər ilə inteqrasiyanın iqtisadi təsirlərini hesablayıb. Model qiymətləndirmə Azərbaycanın Gömrük İttifağına üzlüyünün qısa müddətli dövrdə poztiv təsirlərini göstərsə də, orta və uzun müddətli dövrdə neqativ təsirlər üzə çıxarır. Belə ki, ilkin illərdə bu üzvlük ölkənin Ümumi Daxili Məhsulunu əlavə olaraq 1.66 faiz artırsa da sonradan bu təsirlər marjinallaşaraq, neqativləşəcək. Əksinə, Avropa Birliyi ilə iqtisadi əməkdaşlıq Azərbaycan üçün orta və uzun müddətli dövrdə müsbət dəyişikliklər vəd edir. Bu baxımdan, ölkəmiz üçün qisa müddətli artım deyil, uzun müddətli strateji təsirlər əhəmiyyətlidir.

Vüqar Bayramov iqtisadi qiymətləndirmənin Azərbaycanın Gömrük İttifaqına üzvlüyünü məqbul saymadığını bildirərək, ölkəmizin sözügedən quruma üzvlüyünün milli iqtisadi maraqlara uyğun olmadığını deyib: “Bu qurum ilə münasibət də ən yaxşı halda “Britaniya Modelinin” tətbiqi formasinda mümkündür".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 04:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru