Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2014
21:21
Evakuatorun aşırdığı maşına dəymiş ziyanı kim ödəməlidir?

Son günlər icazəsiz yerdə saxlanmış avtomobili cərimə meydançasına aparan evakuatorların qəza etməsi ilə bağlı bir neçə hadisə baş verib. Evakuatordan aşan maşınlar yaxınlıqdakı maşınlara da zərər vurub.

Bəs bu halda maşınlara dəyən zərəri kim ödəməlidir?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun bildirdi ki, bütün qəzalarda maddi zərərlə bağlı tərəflər arasında narazılıq olmaması üçün ödəniş sığorta şirkəti tərəfindən edilir. Sürücüləri bir daha xəbərdar edirik ki, avtomobillərini sığortalatsınlar.

“Hadisə barədə ilk növbədə sənədləşdirmə aparılır. Qəzanın səhlənkarlıq, yük daşıma qaydalarının pozulması nəticəsində baş verməsi araşdırılır və müvafiq tədbir görülür. Dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilir. Yol hərəkət qaydasını pozan sürücüyə qarşı da müvafiq tədbir görülür”.

V.Əsədov bildirdi ki, bu halların çox olmadığını bildirdi:

“Bu il yalnız bir belə hadisə baş verib. Evakuatora maşını qaldıran operatordakı nasazlıq səbəbindən qəza yaranıb”.

Xatırladaq ki, bu il aprelin 27-də Zivərbəy Əhmədbəyov küçəsində “Mersedes Gelandewagen” evakuatordan düşərək “Mitsubishi Pajero” markalı digər maşını vurub. Bu günYasamal rayonunun İnşaatçılar metrosuna yaxın ərazisində də belə hadisə qeydə alınıb. “Mersedes” markalı minik avtomobilini daşıyan 90-JM-007 dövlət nömrə nişanlı evakuator avtomobili yolda aşırıb./publika.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43386

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41663

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42777

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48294

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42823

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 18:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru