Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2014
12:16
Niderland mediası Xocalı soyqırımı haqqında yazıb

Niderlandın gündəlik böyük tirajlı "FrieschDagblad" (Gündəlik Friesland) qəzetində Azərbaycan diasporu haqqında yazı dərc olunub. Qəzetdə “Hollandiyada Azərbaycan Evi" təşkilatının sədri Elxan Mirhəşimli və təşkilatın idarə heyətinin üzvü Ələkbər Həşimovun müsahibələri yer alıb.

Müsahibədə Azərbaycan haqqında məlumat verilib. Eyni zamanda “Hollandiyada Azərbaycan Evi" təşkilatının fəaliyyəti haqqında danışılıb. Yazıda həmçinin Xocalı soyqırımı və onun baş vermə səbəbləri barədə də söhbət açılıb. Müsahibədə təşkilatın gələcək planlarından danışan E. Mirhəşimli deyib ki, məqsədləri hollandiyalı vətəndaşlarla birlikdə Azərbaycanı tanıtmaqdır. E. Mirhəşimli qəzetimizə bildirib ki, Niderland KİV nümayəndələri onlarla birlikdə fəaliyyət göstərməkdə maraqlıdırlar: “Niderland jurnalistləri bizimlə sıx-sıx görüşlər keçirməyi təklif ediblər. Gələcəkdə Niderland mediası ilə daha çox əlaqə saxlayıb Azərbaycan barədə ətraflı məqalələr çap etdirəcəyik”.

Xatırladaq ki, E.Mirhəşimli 2001-ci ildən Niderlandda yaşayır. Uzun müddətdir ki, diaspor sahəsində çalışan Elxan müəllim “Hollandiyada Azərbaycan Evi” təşkilatını bu ilin yanvarında yaradıb.

Elnur Eltürk

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
280

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
285

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
362

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
558

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
415
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru