Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2014
13:43
Aslan İsmayılov müxalifət partiyalarını və QHT-ləri qınadı

"Arxalıya arxa durma deyəcəklər yamaqdı. Arxasıza arxa dur ki, qoy desinlər dayaqdı".

Səməd Vurğun.

Yadınızdadırsa 20 yaşlı Vüsalın Prezidentin keçmiş köməkçisi Tariyel Ağayevin kürəkəni, atası DİN-də böyük vəzifələrdə çalışmış Xəyal Əlizadənin (bu gün Dubayda kef çəkir) sifarişi ilə günün günorta çağı vəhşicəsinə qətlə yetirilməsinə, onun anası, nə ölkə daxilində, nə xaricində heç bir dəstəyi olmayan Mətanət xanımın fəryadına, öz evində vəhşicəsinə 77 yaşlı anası, həyat yoldaşı və qızı ilə birgə polis tərəfindən döyülən özü də həbs edilən Zakir Hüseynovun taleyinə biganə olan müxalifət partiyalarının, QHT-lərin, ziyalıların susmasından yazmışdım. Heç kimdən xəbər çıxmadı. Əksinə, buna görə güvəndiyimdən gileyləndiyim dostlar mənə narazılıqlarını bildirdilər. Hərçənd ki, bu etirazı haqq etməmişdim. Yeganə istədiyim birinci növbədə ehtiyacı olanlara kömək etməyə çağırmaq idi.

Leyla Yunus ətrafında baş verənlərə siyasi partiyaların, QHT-lərin, ziyalıların münasibəti bir daha qənaətimdə haqlı olduğumu göstərdi. Leyla Yunusun beynəlxalq təşkilatlar, ölkədəki diplomatik korpusun təşkil etdikləri müdafiəyə ölkə daxilində qoşulmamış təşkilatlar qalmadı. Nə olardı bu müdafiənin cüzi bir hissəsi kimsəsizlərə də göstərilərdi.

Bu fikrim heç də hakimiyyətin müdafiəsi kimi qəbul edilməməlidir. Bu hakimiyyət o qədər qanunsuzluq, özbaşnalıq edibdir ki, Leyla Yunusun evində axtarış üçün qanuni sənədlərin təqdim olunmasına baxmayaraq onlara inanan yoxdur. Hərçənd ki, Leyla Yunusa qarşı da qanunsuzluğun olduğunu istisna etmirəm. Bunlar insanlardan o qədər nifrət qazanıblar ki, Leyla Yunusun həmin hadisələrdəki davranışı, ifadələri heç kimdə narazılıq doğurmadı. Mənim üçün onun davranışı, istənilən qanunsuzluğa baxmayaraq, nə hüquq müdafiəçisinə, nə azərbaycanlı xanımına yaraşmırdı.

Heç vaxt qanunsuzluqla qanunsuzluğa, mədəniyyətsizliklə mədəniyyətsizliyə qarşı mübarizəni qəbul etməmişəm və etmirəm.

Bu yazının, onsuz da məni yer üzündən silməyə hazır olanların siyahısını artıracağına şübhə etmirəm. Ancaq nə edim ki, "siyasətçi" olmağı bacarmıram.

P.S. Eynulla Fətullayevi vaxtilə müdafiə etmədiyimə görə məni çarmıxa çəkənlər, sonra isə onun rəhbəri olduğu saytlara müsahibə verdiyimə görə məni dostluqdan silənlər haydı, durmayın. Sizlər üçün "düşmənimin düşməni mənim dostumdur" şüarı, "Vətən hamımızındır" kəlamından daha vacibdir!

Aslan İsmayılov

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 02:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com