Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2014
12:50
Səfirlik Xocalı soyqırımı abidəsinə açıqlama verə bilmir

"Türkiyə Xarici İşlər Nazirliyi açıqlama vermədən Türkiyə səfirliyi bir söz deyə bilməz". Bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyindən Uşaq vilayəti bələdiyyəsinin Xocalı qurbanlarının xatirəsinə qoyulan abidədən "soyqırım" sözünün silinməsi məsələsi ilə bağlı açıqlama verərkən bildirdilər.

Səfirlik əməkdaşı qeyd etdi ki, bu məsələ ilə bağlı Türkiyə XİN-in cavabını gözləyirlər: "Prosedur belədir ki, gərək Türkiyənin Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı bir açıqlama versin ki, Türkiyə səfirliyi də bu barədə məlumat yaysın. Türkiyə XİN-i açıqlama vermədən səfirlik bir söz deyə bilməz. Biz artıq mütaciət göndərmişik və cavab gözləyirik. Cavab alan kimi açıqlama yayacağıq".

Xatırladaq ki, Türkiyənin Uşaq vilayətində Xocalı soyqırımına ucaldılan abidənin üzərindən "soyqırım" sözü silinib. Uşaq bələdiyyəsindən verilən məlumata görə, "soyqırım" sözünün silinməsi və onun "qətliam" sözü ilə əvəzlənməsinin səbəbi Türkiyə Xarici İşlər Nazirliyindən göndərilən rəsmi məktubla əlaqəlidir. XİN göndərdiyi məktubda Xocalı qırğınının soyqırım kimi tanınmamasını əsas gətirərək, bu sözlərin yazılmasını "beynəlxalq hüquq prinsiplərinə zidd addım" kimi qiymətləndirib. Axar.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
285

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
295

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
367

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
563

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
420
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru