Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2014
12:24
2145
Sürücülərin qənimi olan dəstə ələ keçdi


Bakı şəhər Baş Polis İdarəsi şəhərdə çoxsaylı cinayətlər törətmiş şəxslərlə bağlı məlumat yayıb. FaktXəbər-ə daxil olan məlumatda bildirilir ki, Nərimanov RPİ CAŞ və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakinləri Qurban Quliyevdən 1,220, İlkin Cahangirovdan isə 1,176 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı onların bir neçə oğurluq hadisəsi törətdikləri məlum olub. Belə ki, onlar ötən il sentyabrın 28-də Ə.Əlizadə küçəsində Fəridə Rəcəbova məxsus Chevrolet markalı avtomaşından, içərisində 430 manat, qızıl-zinət əşyaları, şəxsiyyət vəsiqəsi və kosmetik əşya olan əl çantasını oğurlayıblar.

Bundan başqa bu il yanvarın 16-da F.X.Xoyski prospektində Hikmət Abbasova məxsus Mercedes, yanvarın 28-də Ə.Ağaoğlu küçəsində Abbas Əhmədova məxsus VAZ-2107, fevralın 11-də H.Əliyev küçəsində Kəmalə Qurbanovaya məxsus Nissan, fevralın 21-nə keçən gecə Azadlıq prospektində Heydər Cəfərova məxsus Lexus, martın 1-də Ə.Ağaoğlu küçəsində Nərgiz Əliyevaya, martın 9-da Təbriz küçəsində Ellana Cəfərovaya məxsus Hyundai markalı avtomobillərdən pul, sənədlər və digər əşyalar qarət ediblər.

Yaxalanan şəxslərin aprel ayında da analoji cinayət hadisələri törətdikləri məlum olub. Onlar aprelin 8-də A.M.Cümə küçəsindən Züleyxa Babayevaya məxsus Toyota, bir gün sonra Dəmirçizadə küçəsində Arzu Ağayevaya məxsus Toyota-Corolla, aprelin 13-nə keçən gecə Ə.Ağaoğlu küçəsində Rövşən Həmidova məxsus Land-Cruiser, İntiqam Muradova məxsus Mercedes, aprelin 15-də Təbriz küçəsində Göyərçin Hüseynovaya məxsus Kia və aprelin 19-da Xətai prospektində Elşad Qasımova məxsus Mercedes avtomobillərdən də oğurluq ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
111

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
69

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
148

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
92

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
103

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
91

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
109
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 17:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru