Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2014
11:30
2269
Qarabağ döyüşlərinin qəhrəmanı vəfat etdi

Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan müharibənin məşhur döyüşçülərindən olan Bayram Bayramov dünyasını dəyişib.

1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş döyüşçü 123-cü alayın kəşfiyyat bölüyünün komandiri olub. Ali təhsilini Minskdə alan Bayram ermənilərin torpaqlarımıza işğalçılıq niyyətinin qarşısını almaq üçün döyüşlərə qatılıb. Qarabağ döyüşləri zamanı bir sıra şücaətlər göstərmiş Bayram komandirlik etdiyi bölüklə Laçında göstərdiyi qəhrəmanlıq nümunəsi bu gün də ermənilərin və həmin döyüşlərdə mənfur düşmənlərimizə yardım edən rus hərbçilərinin yaddından çıxmayıb. Həmin döyüşdə Bayramın kəşfiyyatçıları Ermənistanın "Artsiv" taborunun 1 bölüyünü darmadağın edərək 35 nəfəri məhv etmiş, 20 nəfəri isə əsir götürmüşdür.

Qeyd edək ki, həmin döyüş zamanı Bayramın 24 yaşı var idi. Ömrünün son illərini Moskvada yaşayan Bayram Bayramovun yaxınlarını bildirdiyinə görə keçmiş döyüşçü infarktdan vəfat edib.AzNews.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru