Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2014
12:26
Zərdüşt Əlizadə: ”Leyla Yunus sıravi və sıradan bir adam deyil. O, Azərbaycanın demokratik hərəkat tarixində mühüm yer tutan şəxslərdən biridir. Onun imzası Xalq Hərəkatının yaranması üçün müraciət etmiş 25 nəfərin imzası arasında var idi

“Azərbaycan hakimiyyəti yavaş-yavaş və tam qanuni şəkildə 1937-ci illərə çatmaqdadır. Leyla Yunusa və Rauf Mirqədirova qarşı irəli sürülən ittihamlar olduqca gülünc və inandırıcı deyil. Məgər Rauf Mirqədirovun hansısa dövlət sirrinə əlinin çatması mümkün idimi? Və ya onun bununla bağlı hansı mənbələri var idi? Əgər Rauf Mirqədirovu vətənə xəyanətdə ittiham edirlərsə, mütləq şəkildə hansısa dövlət sirrinə əli çatan və yüksək vəzifədə təmsil olunan şəxslər də aşkar edilərək həbsə alınmalıdır.” 

Bu sözləri FaktXeber.com-a tanınmış politoloq Zərdüşt Əlizadə, dünən axşamdan etibarən tanınmış hüquq müdafiəçisi Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla bağlı baş verənlərə münasibət bildirərkən qeyd edib. 

Müsahibin sözlərinə görə, Rauf Mirqədirovla birgə hansısa dövlət rəsmisi istintaqa cəlb edilməzsə, onda istintaqın obyektivliyi sual altında qalacaq. Belə bir vəziyyət onu deməyə əsas verəcək ki, ya Rauf Mirqədirova qarşı irəli sürülən ittihamlar cəfəngiyatdır, ya da ki, dövlət sirrini satan hansısa rəsmi cinayət məsuliyyətdən uzaq saxlanılıb: 

“Leyla Yunus 25 ildir ki, müxalifətdə təmsil edilir və 1 ildə hakimiyyətdə olub. Son 21-23 il ərzində də hakimiyyətlə daima mübarizə apararaq iqtidarı ciddi şəkildə tənqid edib. Lakin onun hansısa dövlət aparatı ilə əlaqəsi və ya onu dövlət sirrini təşkil edən məlumatların ötürülməsi olduqca primitiv bir iddiadır.”

Zərdüşt bəy onu da bildirdi ki, hakimiyyətə görə ən böyük cinayət kiminsə onların siyasətini tənqid etməsidir: “Konstitusiyada vətəndaşların ifadə və siyasi mövqe bildirmək azadlıqları var. Lakin Azərbaycan hakimiyyəti bu hüquqlardan istifadəni görünür cinayət hesab edir. Hər bir halda Leyla Yunus sıravi və sıradan bir adam deyil. O, Azərbaycanın demokratik hərəkat tarixində mühüm yer tutan şəxslərdən biridir. Onun imzası Xalq Hərəkatının yaranması üçün müraciət etmiş 25 nəfərin imzası arasında var idi. Eyni halda Leyla xanım bir neçə beynəlxalq mükafatlara layiq görülüb.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 13:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com