Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2014
11:26
`Sovetski` sakinləri çaşqınlıq içində - Foto
"700 ailə razılaşması yalandır, özləri bu rəqəmi şişirdirlər ki, camaatı psixoloji yorsunlar"

Son günlər “Sovetski” ilə bağlı müxtəlif şayiələr dolaşmaqdadır. Şayiələrdən biri də məhz may ayının 10-da etiraz aksiyasının keçirilməsi ilə bağlıdır. Biz də FaktXəbər olaraq adı çəkilən əraziyə baş çəkib sakinlərlə görüşdük ki, “Sovetski”də vəziyyət necədir.  Əvvəlki kimi sakinlər təklif olunan 1500 manatla razılaşmır. Sual verdik ki, bəs icra başçısı 700 ailənin bu məbləğlə razılaşdığını bildirib. Razılaşan sakinlərə yüksək məbləğ veriblər? Sakinlər cavabı belə oldu:

“Məbləğə razılaşan insanların bir çoxu dövlət məmurudur, bəzilərinin evinin kvadratı böyükdür, bir çoxu isə sonradan gəlmədir. Əlbəttə, dövlət məmuru 1500 manatla razılaşacaq. Yuxarıda gördüyün sökülən ev dövlət vəkilinin evidir, kvadratı da nə boyda. Amma 700 ailə söhbəti yalandır, özləri bu rəqəmi şişirdirlər ki, camaatı psixoloji yorsunlar. Camaat da qorxur ki, qazın, işığın, suyun birdən kəsərlər. Amma biz elə qazsız, işıqsız da burda yaşamağa hazırıq. Oğlanlar var idi ki, bizimlə mitinqdə çiyin-çiyinə dayanmışdı. Mitinqdən iki-üç gündən sonra həmin qiymətə razılaşdı. Bayaq bir kişi yaxınlaşıb soruşur ki, həyətdə dörd ailədir, üçü satıb mən qalmışam. Nə edim? Deyirəm ki, nə edəcəksən, otur evində də.”

Nə pul, nə də iş istəyirik

Bizimlə həmsöhbət olan bir gənc isə “Sovetski”dən köçməyəcəyini deyir: “Burdan niyə köçüm ki? Şəhərin mərkəzidir, gedib Maştağada niyə yaşamalıyam, axı? Dünən “Tarqovu”ya 9 dəqiqəyə çatmışam. Maştağadan bura 1 günə çataram... Onlardan nə iş, nə də pul istəyirik. Bizim bu daxmamıza dəyməsinlər. Bir az ona arxayınıq ki, yuxarıdan dedilər heç kəs məcbur evindən çıxarılmayacaq. İndi sözünün üstündə kişi kimi dayanacaq, ya yox, bunu zaman göstərəcək. Bir çoxları bu sözə də inanmır. Deyirlər ki, birdən “Basin”dəki kimi (indiki Füzuli) bizi də çölə atarlar. Ancaq onu deyim ki, “Basin” balaca ərazidir. “Sovetski” isə özü bir şəhərdir. Burada bilirlər ki, elə variant olmayacaq.”

Aksiya keçirilsə, hamımız ordayıq

Mayın 10-da böyük mitinqə hazırlaşdıqlarını soruşduq. “Sovetski” sakinləri deyir ki, biz də belə eşitmişik, ancaq bilmirik ki, təşkilatçı kimdir. Ancaq sakinlər bu xəbəri bilir və camaat narazı olduğundan aksiyaya çıxacaqlar: “20-30 kvadrat metr evi olanlardan heç kim 1500-dən razılaşmayıb. “Sovetski”də hamının mitinqə hazırlaşdığı görsənir.”


Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
220

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
231

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
241

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
316

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
245

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
288

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
485

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
400
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 04:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru