Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2014
09:34
1857
Bakı-Qazax yolunda ağır qəza: türk sürücü öldü
Ağır deformasiyaya uğramış “TIR”ın sürücüsü Hasan Ayan İsmət oğlu ölümcül bədən xəsarətləri alıb

Bu gecə Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

FaktXəbər-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 326-cı kilometrliyində “TIR” markalı yük maşınının idarəetməni itirərək qarışısında hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağır deformasiyaya uğramış “TIR” markalı yük avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Hasan Ayan İsmət oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xilasedicilər H.Ayanın cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. 

Əməliyyat saat 01:35-də başa çatıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1044

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
61

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
306

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 18:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru