Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2014
20:38
Riçard Kozlariç: Azərbaycanda daha pis vəziyyət görməmişdim

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Turan-a müsahibəsində Azərbaycanda jurnalistlərin və siyasi fəalların yeni təqib faktları ilə əlaqədar siyasi vəziyyətdən ciddi narahatlığını bildirib. Bu fonda onlarla Amerika diplomatı, konqresmeni və vəzifəli şəxsi mayın 29-30-da Vaşinqtonda “Gələcəyə baxış” konfransında iştirak etməyə hazırlaşır.

Bu hadisəni bir çox icmalçılar Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın sponsorluq etdiyi PR tədbiri hesab edirlər.

“Mən 1992-ci ildən etibarən ABŞ-Azərbaycan münasibətləri ilə məşğul oluram və hazırda Azərbaycanda baş verənlərdən daha pis vəziyyət görməmişəm”, deyə Kozlariç Turan-ın müxbirinin suallarını cavablandırarkən bildirib.

Bakıda Minsk qrupunun amerikalı həmsədri Uorluki tənqid edirlər, Konqres əməkdaşlarını isə casusluqda ittiham edirlər, eyni zamanda hakimiyyət Amerika-Azərbaycan strateji tərəfdaşlığını dəstəkləmək üçün Vaşinqtonda Azərbaycan-Amerika konfransını maliyyələşdirir, deyə Kozlariç bildirib.

Jurnalist Rauf Mirqədirovun həbsinə toxunan Kozlariç deyib ki, bu görkəmli müstəqil jurnalistin Türkiyədən zorla deportasiyasından sonra həbsi bütün dünyada hüquq müdafiə qrupları arasında ciddi narahatlıq doğurub.

Kozlariç üçün Rauf Mirqədirovun həbsi “Əliyev rejiminin fərqli siyasi düşüncənin, KİV azadlığının və ermənilər və azərbaycanlılar arasında müsbət əlaqələrlə məşğul olmaq cəhdlərinə qarşı yönəlmiş alçalan əməllərinin son halqasıdır”.

“Rejim Rusiyadan və ya İrandan deyil, öz vətəndaşlarından qorxur... Onlar hətta otellərəo rejimi tənqid edən QHT-lərin tədbirlərini keçirməsi üçün yer verməyi qadağan edir. Bütün bunlar Azərbaycanda vətəndaş hüquqlarının getdikcə daha çox pozulmasına xarici reaksiyasının rejimi narahat etmədiyinin daha bir göstəricisidir”, deyə Kozlariç qeyd edib.

Qarşıda duran Amerika-Azərbaycan konfransına gəlincə, orada “Avrasiya enerji dəhlizi” üzrə xüsusi sessiyada 6 əsas Amerika senatorunun və dövlət katibinin köməçisinin energetika siyasəti üzrə müavininin çıxışı gözlənilir.

Eyni zamanda, 20 digər Konqres üzvü Xəzər regionunda Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığı müzakirə etmək üçün Konqresdə səhər yeməyində iştirak üçün sıraya düzülüb.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və müdafiə nazirinin köməkçisinin müavini Evelin Farkaş “Azərbaycan: Ən mühüm qlobal qovşaqda etibarlı dost” panelində bir neçə amerikalı alim və azərbaycanlı deputatla birgə çıxış edəcəklər.

Qarşıda duran konfransın heç bir sessiyası ölkədə siyasi vəziyyətə həsr edilməyib.

Bu yaxınlarda Azərbaycan səfirliyi Massaçusets ştatının Nümayəndələr Palatasının keçmiş üzvü Bill Delehantanı strategiyanın təşkili üzrə iş və qanunvericilərlə əlaqələr, ABŞ hökuməti ilə münasibətlər, ABŞ rəsmiləri ilə və bəlkə də Amerika KİV-ləri ilə ünsiyyət üçün tutub. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 19:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru