Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2014
11:07
3273
AİP lideri Mövsüm Səmədovu Qobustana göndərmək istəyirlər
Vəkil Anar Qasımlı: ”Mövsüm Səmədov baş verənlərə görə əsla narahat deyil"

Vəkil Anar Qasımlı həbsdə olan AİP lideri Mövsüm Səmədov və partiya funksioneri Rufullah Axundzadə ilə görüşüb. Bu barədə FaktXeber.com-a Anar Qasımlının özü məlumat verib. Vəkilin sözlərinə görə, Mövsüm Səmədov ötən həftə 11 saylı cəzaçəkmə müəssisənin durumu ilə bağlı yaydığı məlumatdan sonra onu Qobustan qapalı həbsxanasına göndəriləcəyi ilə bağlı hədələyiblər: “Həbsxanadakı məlum durumla bağlı Mövsüm Səmədov bir neçə müddət bundan öncə mənə məlumat vermişdi. Həmin dövrdə ümumi vəziyyəti və Mövsüm Səmədovun müəyyən təzyiqlərə məruz qalma və karsa salınma ehtimallarını nəzər alaraq, bəyanatı yaymamaq qərarına gəlmişdik. Lakin Mövsüm Səmədov vəziyyətin günü-gündən pisləşdiyini və məhbusların həyatlarının təhlükə ilə üz-üzə qaldığını görərək, öz şəxsi təhlükəsizlik bahasına olsa da belə məlumatı yaymaq qərarına gəlib. Sözügedən məlumat yayıldıqdan sonra Mövsüm Səmədova qarşı nəzarət daha da ciddiləşib və onu “krıtıya” hazırladıqları barədə ismarış göndəriblər. Mövsüm Səmədov baş verənlərə görə əsla narahat deyil və bildirib ki, bizim üçün zindanın heç bir fərqi yoxdur.”

Vəkil onu da bildirdi ki, AİP liderinin cəzaçəkmə müəssisə ilə bağlı məlumatı yaydıqdan sonra aidiyyəti qurumlar tərəfindən müəyyən yoxlanışlara start verilib. 

Rufullah Axundzadə ilə görüşdüyünü və müvəkkilinin səhhətində yenidən problemlərin olduğunu söyləyən Anar Qasımlı, “R. Axundzadə yenidən müalicə müəssisəsinə köçürülməsinə istəyir və bununla bağlı həbsxana rəhbərliyinə müraciət edib”- deyə bildirdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 09:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com