Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2014
10:43
Bakıda əvvəllər hərbi hissəyə məxsus olan anbar yanıb

Gecə saatlarında Xətai rayonunda yanğın hadisəsi baş verib. Hadisə Şahid Səmədov döngəsində əvvəllər N saylı hərbi hissəyə məxsus olan bir mərtəbəli tikilidə qeydə alınıb.

Yanğın haqqında Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə ərazidə yaşayan sakinlər məlumat verib. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon hissəsinin canlı qüvvəsi və texnikaları cəlb edilib. Yanğın zamanı ümumi sahəsi təqribən 200 kv.m olan anbar içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın söndürülüb və alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimallara görə, yanğın anbarın ətrafından keçən elektrik naqilində yaranan qısaqapanmadan baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ərazini nəzarətə götürüb. Hadisənin səbəbi araşdırılır./Apatv

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
160

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
135

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 19:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru