Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
15:54
İstiqlalçı deputatlar Səfa Mirzəyevə qarşı
Səfa Mirzəyevin Konsyitusiya Məhkəməsi qismində çıxış etməsi: Şoka salan özbaşınalıqlar

Hacıbaba Əzimov, Firudin Cəlilov və Məryəm Həsənova deputat pensiyası üçün apelyasiya məhkəməsində çəkişir

İstiqlalçı deputatların pensiya hüququnun pozulması ilə bağlı apelyasiya məhkəməsi davam edir. Bu barədə İstiqlalçı Deputatlar Məclisinin (İDM) mətbuat xidmətindən “Yeni Müsavat”a verilən xəbərdə deyilir. “Hacıbaba Əzimov, Firudin Cəlilov, Məryəm Həsənova üçün müəyyən olunmuş pensiya hüquqları heç bir əsas olmadan pozulub.

Dövlət Sosial Müdafiə Fondu pensiya ilə bağlı müraciətlərə cavab məktubunda hüquq normalarını deyil, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhi əsas tutur.

Buna görə də sabiq deputatlar məhkəmələrə müraciət ediblər. H.Əzimovun şikayətini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, F.Cəlilov və M.Həsənovanın iddialarını isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təmin etməyib, ədalətsiz qərarlar qəbul ediblər”.

Məlumatda deyilir ki, cavabdeh DSMF-in və onun rayon şöbələrinin nümayəndələri tərəflərin çəkişmə prosesində çox aciz duruma düşüblər:

“Hacıbaba Əzimov hüququnun pozulmasının sübutu olaraq istinad etdiyi hüquq normalarına və təqdim etdiyi dəlillərinə qarşı tərəf hər hansı əks-arqument göstərə bilməyib.

İstiqlalçı deputatlar məhkəmələrə və aidiyyəti üzrə digər hakimiyyət orqanlarına müraciətlərində Səfa Mirzəyevin vəzifə cinayətinə yol verərək ilk Milli Məclisin üzvlərinə qarşı qərəzli mövqedən çıxış etdiyini, onların halal deputat pensiyalarını almasına maneçilik törətdiyini, hətta məhkəmələrin işinə qanunsuz müdaxilələr etdiyini dəlillər əsasında göstəriblər.
Mirzəyev qəsdən hakimlərdə belə bir fikir yaradıb ki, guya ilk Milli Məclisin deputatlarına qanunsuz olaraq deputat pensiyası verilməməsi dövlət başçısı İlham Əliyevin siyasi iradəsiylə bağlıdır. Səfa Mirzəyevin məhkəməyə çağırılaraq etdiyi qanunsuz hərəkətlərə görə ondan izahat alınması  ilə bağlı verdikləri vəsatət və tələblərinə indiyədək məhkəmələr tərəfindən baxılmayıb”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 03:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com