Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
15:49
1 milyon dollara müsahibə verməyə razılaşdı

FaktXəbər-in "Milliyyet" qəzetinə istinadən verdiyi məlumata görə, Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin xanımı Suzan Mübarək yerli kanalların birinə yüksək pul müqabilində müsahibə verməyə razılaşıb. Sabiq prezidentin xanımı peyklə yayımlanan "Ən Nahar" televiziyasında iki verilişdə çəkilmək üçün 1 milyon dollar tələb edib. Kanal rəhbərliyi isə maliyyəni ödəməyə razılıq verib.

Qeyd edək ki, Suzan Mübarək telekanala müsahibə vermək üçün bir neçə şərt də irəli sürüb. Belə ki, çəkiliş zamanı ona sabiq prezident, iki oğlunun vəziyyəti və hazırda özünün harada yaşaması barədə suallar ünvanlanmayacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 02:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com