Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
15:15
1493
`Qaydasız diplomatiya oyunları`nda Azərbaycan və Ermənistan üz-üzə

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi vacibdir. Amma Ermənistan nümayəndə heyətinin az qala daxili məsələlərdə ya Azərbaycanı və ya Türkiyəni günahladırması regionda “qaydasız diplomatiya oyunundan” xəbər verir. Nəinki Praqa Sammitində, hətta son aylar təşkil edilən bütün beynəlxalq tədbirlərdə ermənilər Gömrük İttifaqına qoşulmaqlarında da Azərbaycanı suçlu olduğunu müxtəlif auidortiyalara çatdırmağa çalışırlar. Öz ərazisində Rusiya hərbi bazasını saxlayan və daimi olaraq Moskvadan silah yardımı alan İrəvan ötən yay Azərbaycanın Rusiya arasındakı ticari anlaşmanı Ermənistanın Gömrük İttifaqına qoşulmasının əsas səbəbi kimi göstərirlər. Buna nə ad vermək olar? Nə isə demək çətindir. Biz təbii ki, bütün görüşlərdə erməni arqumentlərini cavablandırırıq və Qarabağ məsələsində nəinki Rusiyanın aqressiv siyasətini, hətta Qərbin də ikili siyasətindən narahatçılığımızı bildiririk.

Ötən gün burada baş verənlərini izah etmək üçünsə söz tapmaq çətindir. Ermənistan dövlət başçısı Şərqi Tərəfdaşlıq Sammitində çıxışını Yerevanın Moskva ilə yaxınlaşması, Avropa Birliyi ilə danışıqları dayandırması səbəbləri deyil, Türkiyənin ittihamına ünvanlanan qondarma soyqırım üzərində qurur. Halbuki nə Türkiyənin coğrafi baxımdan Şərqi Tərəfdaşlıq Proqramına aidiyyatı var, nə də qondarma soyqırım nə zamansa sözügedən proqramın gündəliyində olub. Azərbaycan Prezidenti İlham Əliyevin isə “Türkiyə burada yoxdur, mən buradayam deyərək” Ermənistan dövlət başçısına sərt cavab verməsi nəinki qürurvericidir, məncə, hətta bir neçə gün öncə baş naziri ermənilərə baş sağlığı verən Türkiyə üçün də az əhəmiyyətli deyil.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com