Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
15:11
Çernobıl əlillərinə birdəfəlik maddi yardım göstərilib

FaktXəbər-inu verdiyi məlumata görə,  Çernobıl AES-da baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin qəzanın  nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş şəxslərin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. Maddi yardımların həmin şəxslərin bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl AES-da baş vermiş qəzanın ləğvində iştirak edərək əlil olmuş Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Çernobıl əlillərinin statusu müəyyənləşdirilərək, onlara bir sıra güzəşt və imtiyazlar verilib.

Hazırda belə şəxslərə təyin olunan Prezident təqaüdünün məbləği 1 aprel 2014-cü il tarixdən etibarən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata, III qrup əlillər üçün isə 60 manatdan 100 manata çatdırılıb.

Həmçinin Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə isə ayda sosial müavinət ödənilir. Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da diqqətdə saxlanılır və indiyədək 190 nəfər Çernobıl əlili müharibə əlilləri və şəhid ailələri üçün inşa olunmuş binalardan mənzillə təmin ediliblər. Eyni zamanda müharibə əlilləri ilə bərabər 64 nəfər Çernobıl əlilinə dövlət hesabına minik avtomobili verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı Çernobıl əlilləri də hər il sanator-kurort putyovkaları ilə təmin olunurlar. Həmin əlillərin tibbi-sosial reabilitasiyası, bərpa-müalicə xidməti ilə təmin edilməsi sahəsində də məqsədyönlü işlər görülür.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 03:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com