Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
14:23
2004
Krımla birgə Qarabağı tez-tez gündəmə gətirənlərin məqsədi nədir?
Bakir Həsənbəyli: “Qarabağın müstəqilləşdirilməsinə dair atılan bütün addımlar cəhddən başqa bir şey olmayacaq”

“Son zamanlar bəzi yerli və rusiyalı politoloqların   Krımla bağlı məsələlərə toxunarkən onun yanında Qarabağ problemini də gündəmə gətirməsi təbii ki, təsadüf deyil. Putinin yenidən hakimiyyətə qayıtması və Dağlıq Qarabağa muxtariyyatın və azadlığın verilməsi dair məsələlərin şişirdilməsi SSRİ imperiyasının yenidən bərpa istəyindən xəbər verir.”

Bu sözləri FaktXeber.com-a Ümid Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Bakir Həsənbəyli, son zamanlar bəzi siyasilərin və politoloqların Krım olaylarına münasibət bildirərkən tez-tez Qarabağın da oxşar tale ilə üzləşə biləcəyinə dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.  

Müsahibin sözlərinə görə, mövcud zaman o vaxtki illərdən tamamilə fərqlidir:

“Çörçilin siyasətlə bağlı “siyasət həqiqəti gizlətmək üçün bir örtükdür” – deyə bir fikri var. Putin də hazırda Rusiyanın məqsədlərinə nail olmaq üçün siyasətdən örtük kimi istifadə etməyə çalışır. Bütün bunlarla Qarabağın Krımın taleyi ilə üzləşməsi mümkün deyil. 20 ildən çoxdur ki, Qarabağ torpaqlarının işğal altında olmasına baxmayaraq, bu siyasət ilhaq siyasəti ilə əvəzlənə bilməyib. Çünki dünya birliyi bu məsələlərdə Krımdan fərqli olaraq daha maraqlıdır. Burada kifayət qədər geosiyasi maraqlar da mövcuddur.” 

Bakir bəy onu da bildirdi ki, Qarabağın müstəqilləşdirilməsinə dair atılan bütün addımlar cəhddən başqa bir şey olmayacaq: “İnanmıram ki, dünya birliyi Krım kimi hadisələrin çoxalmasına göz yumsun.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru