Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
13:17
3379
Zibil qutularına həsrət qalan Bakı küçələri - FOTO

Paytaxt Bakı günü-gündən gözəlləşir. Şəhərin istənilən ərazisində təmir-abadlıq işləri aparılmaqdadır. İmkan düşəndə mən də gözəlləşən Bakımızın küçələrini piyada gəzməyə çalışıram. Beləliklə, həm ictimai nəqliyyat vasitələrinin tıxaclarında əsəbiləşməkdən qorunur, həm də fiziki sağlamlığımı möhkəmləndirirəm. Nə isə… Söhbətin mövzusu bu deyil.

Deməli, Nəsimi bazarından 28 may metrosu istiqamətinə gedirdim. Yolüstü su aldım, içdikdən sonra yoluma davam etdim. Boş su şüşəsini zibil qutusuna atmaq istəyirdim. Elə araşdırma da buradan başladı.

Yol boyu zibil qutusu axtarırdım. Ancaq qarşıma zibil qutusu deyil, ağacların dibində, səkilərin kənarında olan zibilliklər çıxırdı.  Qət etdiyim məsafə heç də az deyildi: mərkəzi prospektdə bir neçə kilometr yol getsəm də zibil qutusu tapa bilmədim. Qarşıma çıxan insanlar çəkdikləri siqaret kötüklərini, su şüşələrini yerə atırdılar. Açığı əvvəllər yerə zibil atan insana rast gələndə əsəbləşirdim. Ancaq başa düşdüm ki, zibil qutusu olmayandan sonra paytaxt sakinlərini günahlandırmaq yersizdir. Amma təəccübləndiyim hallarla da rastlaşdım. Su şüşələrini çəmənlikdə, güllərin ətrafında görəndə məni gülmək tuturdu. Axı, heç olmasa yolun bir küncünə səliqəli şəkildə zibili qoymaq da olar.

Hərəkət  etdiyim yolun sonuna çatdım. Ancaq əlimdə su şüşəsi ilə metroya düşmək istəmədim. Yaxınlıqda marketin qapısının girişində karton qutu qoyulmuşdu və içi zibil ilə dolu idi. Mən də su şüşəsini həmin qutuya atdım. Təəssüf və təəccüb içində özümdə belə bir sual yarandı. Bakı gözəlləşir, parklar açılır. Bu yaxşıdır. Ancaq niyə primitiv və zəruri şeylərə diqqət etmirik? Axı zibil qutusu olmayandan sonra parklar nəyə gərəkdir? Təsəvvür edin ki, parkda dincəlirsən və birdən külək zibil salafanını üzünə çırpır. Gülməli səslənsə də, bu acınacaqlı haldır. İnanıram ki, Bakının inkişafını və gözəlləşməsini istəyən əlaqəli qurum rastlaşıdığımız aşağıdakı mənzərələri görüb dərhal işə başlayacaq:

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru