Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
11:38
1482
Yüzlərlə insanın həyatına son qoyan gəmi ilə bağlı ŞOK İDDİA

FaktXəbər-in verdiyi məlumata görə, Cənubi Koreyada yüzlərlə sərnişinin məzar yerinə çevrilən bərənin batması ilə bağlı maraqlı iddia səslənib. Belə ki, koreyalı mütəxəssislər gəminin batmasına səbəb kimi ağırlıq mərkəzinin pozulmasını göstəriblər. Bu isə onu deməyə əsas verir ki, "Sewol" adlı gəmi yola çıxmamışdan əvvəl həddən artıq sərnişinlə yüklənib.

Qeyd edək ki, "Sewol" adlı gəminin sahibi olan şirkətdə aparılan axtarış zamanı ötən il qanunsuz olaraq gəmidə əlavə çıxıntı hazırlandığı üzə çıxıb. Sənədlərə görə, gəminin üst qatı daha çox sərnişin və yük tutumu üçün böyüdülüb. Beləliklə qanuni sərnişin sayı 804 nəfər olan gəmiyə 921 nəfər mindirilib. Hazırda 171 nəfərin həyatına son qoyan bərənin də məhz bu səbəbdən batması ehtimal edilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru