Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
11:16
3254
`Bakıelektrikşəbəkə` məşhur aktyorun başına oyun açıb

AzTV və «Space» TV-də dublyaj aktyoru olaraq çalışan, «Xoca» filmində Cavid obrazını canlandırmış Teatr Xadimləri İttifaqının üzvü Mahir Mirişli "Bakıelektrikşəbəkə"nin əməkdaşlarının əlində aciz qalıb. Aktyor bildirir ki, ailə qurduqdan sonra kirayə mənzildə yaşayır və sözügedən qurumun əməkdaşları onun evinə verilən elektrik enerjisini qeyri-qanuni olaraq kəsiblər.

O bildirib ki, Binəqədi rayon Elektrik Enerjisi Satışı İdarəsinin əməkdaşı Anar adlı şəxs aprelin 2-i saat 23:00-da əraziyə «çörəyə çıxıb»mış. Binəqədi rayonu, S.S. Axundov küçəsi 3A, mənzil 25-də yaşadığını vurğulayan Mirişli qeyd edib ki, Anar adlı şəxs divarın üzərindən əyri-üyrü şəkildə çəkilmiş naqil görür. Və mərəkə də buradan başlayır.

Aktyor yazır ki, həmin naqilin üzərində «fotosessiya» aparan «Bakıelektrikşəbəkə»nin əməkdaşı onun haradan qoşulduğu və haraya birləşdiyinə əhəmiyyət vermədən təkbaşına akt tərtib edib. «Bu adam məniim qapımı döymədən, heç nə soruşmadan 395 manat cərimə yazıb. Bunu da «levi xətt» kimi sənədləşdirir. Halbuki həmin naqillər birbaşa sayğaca və oradakı ayrıcıya qoşulub. Ertəsi gün böyük «kəşfiyyat qrupu» ilə «əməliyyat» keçirən sahə rəisi yaşadığım mənzilin sayğacını sözün həqiqi mənasında darmadağın edir».

İki övladının olduğunu və onlardan birinin 5 aylıq körpə olduğunu vurğulayan Mahir Mirişli bildirir ki, bu hadisədən sonra Anar adlı şəxslə təsadüf nəticəsində görüşüb. «Evə gələndə saat 20:00 idi. Anarı bahalı maşında həyətdə dayandığını gördüm. Yaxınlaşıb nə baş verdiyini soruşdum və bildirdi ki, «levi xətt» var idi, indi yoxdur. Sonra da zarafatla mənə «Sən canın, düzünü de, gecəynən o xətti kimə dəyişdirdin? Sən əlinə kəlbətin alana oxşamırsan» söylədi. Nə baş verdiyini bilmədiyimdən təəccüblə məsələnin mahiyyətini soruşdum. O da cavabında mənə «sən oğrusan» deyib, getdi».

Tanınmış aktyor bildirir ki, 4 gün davamlı olaraq problemi çözə bilmədiyindən, hər dəfə 10 manat mantyora verərək, uşaqları soyuqlamasın deyə naqilləri ümumi xəttə birləşdirib. «Hər dəfəsində də Anar gəlib, xətti kəsərəke çıxıb gedirdi. Mən də uşaqlarım soyuqlamasınlar deyə pul verib onu bağlatdırırdım. Mən bir ailə başçısı olaraq baş verənlərdən çox xəcalət çəkirəm. Axı, bu özbaşınalıq nə deməkdir? Rəsmi qurumlardan problemirn çözülməsini, məsələnin araşdırılmasını tələb edirəm. Belə zülmü heç kim götürməz».tia.az

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru