Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
10:59
1265
Slavyansklı döyüşçü: `Qoy bizi öldürsünlər, təslim olan deyilik`

FaktXəbər-in verdiyi məlumata görə, Ukraynanın Donetsk vilayətində yerləşən Slavyansk şəhərini nəzarətində saxlayan yerli döyüşçülərlə ordu qüvvələri arasında toqquşma baş verib. Hava və qurudan ağır texnika ilə Slavyanska hücuma keçən Ukrayna ordusunun xüsusi təyinatlıları bir neçə blok-postu yarmağa nail olublar. Lakin sonradan Luqansk döyüşçülərinə Qırmızı limandan gələn yardım xüsusi təyinatlıları geri çəkilməyə məcbur edib.

Bu arada Luqanska digər şəhərlərdən könüllülərin axını başlayıb. Ordu qüvvələri ilə silahlı qarşıdurmalarda iştirak edən luqansklılar isə heç bir halda təslim olmayacaqlarını açıqlayıblar. Sayları 5-6 min olan silahlılar lazım gələrsə öləcəklərini, lakin təslim olmayacaqlarını bəyan ediblər.

Məlumat üçün bildirək ki, Ukraynanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Mariupol şəhərinə də daxil olublar. Onlar şəhər rəhbərliyinin binasını yerli sakinlərin mühasirəsindən azad ediblər. Artıq şəhərdə vəziyyəti ələ almağa başlayan xüsusi təyinatlılar narazı kütləyə xəsarət yetirməyə başlayıblar. Yerli sakinlər şəhər boyu təqib və təzyiqlərə məruz qaldıqlarını və polislər tərəfindən vəhşicəsinə döyüldüklərini bildiriblər.

Luqansk sakinləri isə Ukraynandakı prezident seçkilərinin şəhərdə keçirilməyəcəyini və əhalinin referenduma hazırlaşdığını söyləyiblər. Bu məqsədlə şəhərə yeni qubernator təyin olunub və seçkilərin 11 may tarixində keçirilməsi dəqiqləşib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru