Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2014
11:12
2182
Leyla Yunus Rauf Mirqədirovun müdafiəsindən imtina etdi?

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra ona dəstək olduğunu bildirən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus jurnalistin müdafiəsindən geri çəkilib. Mirqədirovun həbs olunduğu ilk günlərdə “Ona qalsa mən də Ermənistanda olmuşam” deyən institut rəhbəri R. Mirqədirovun “Həmin layihə çərçivəsində Ermənistanda keçirilən tədbirlərdə Leyla və Arif Yunus da iştirak edib” fikri L. Yunusun mövqeyində dəyişiklik yaradıb.

Belə ki, AzNews.az-ın əməkdaşı sözügedən məsələ ilə bağlı L.Yunusla əlaqə saxlasa da, o,”İstəmirəm yorulmuşam, işləyirəm, sağ olun” deyərək, telefonun dəstəyini asıb. Leyla Yunusun həyat yoldaşı Arif Yunus isə ötən gün ona edilən telefon zəngi zamanı iclasda, bu gün isə həkimdə olduğunu deyərək R. Mirqədirovla bağlı suallara cavab verməkdən imtina edib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq aprelin 19-da barəsində həbs-qətimkan tədbiri seçilən “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov verdiyi açıqlamalarla dolayısıyla Leyla Yunus və Arif Yunusun da istintaqa cəlb edilməsinə zərurət olduğuna da eyham vurmuşdu.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru