Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
11:08
Tibb bacıları bu gün imtahan verir

Bu gün Azərbaycanda tibb bacılarının test imtahanı keçirilir. Səhiyyə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, imtahanın ilk mərhələsində sualların 60 faizindən çoxuna cavab verən namizədlər ikinci mərhələyə - müsahibəyə dəvət olunacaq.

İmtahandan keçə bilməyən tibb bacılarına yenidən imtahan verə bilmək üçün 6 ay möhlət veriləcək. İkinci dəfə uğursuz nəticə əldə edən tibb bacıları işi ilə vidalaşmalı olacaq. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.

Qeyd edək ki, test imtahanları saat 11.00-da Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 21:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com