Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
10:56
5087
Fərahim İlqaroğluna hücum oldu - jurnalisti döydülər
Qonşusu olmasaydı, Azərbaycanın tanınmış reportyorunu qətlə yertirə bilərdilər

"Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlu bu gün səhər saat 10.30 radələrində gözlənilməz hücuma məruz qalıb. Jurnalist musavat.com-a telefon açaraq, həyacanla bildirib ki, yaşadığı evin blokundan çıxarkən (jurnalist Nizami rayonunda, redaksiyaya yaxın  binaların birində yaşayır) tanımadığı bir şəxs ona qəflətən hücum edib: "Blokdan çıxan kimi bir nəfər tanımadığım şəxs məni çağırdı. Dayandım. "Burada yaşayırsan", deyə soruşdu. Təsdiq etdim. Qəflətən boğazımdan yapışıb, digər əli ilə vurmağa başladı. Eyni anda məni bloka doğru itələdi. Bir neçə zərbədən sonra əlini cibinə atdı. Bıçaq çıxartdı. Anladım ki, məni vuracaq. Çırpındım, əlindən çıxdım. Bu anda qonşu evindən çıxdı. Qışqırdı ki, "nə edirsən". Həmin adam dərhal qaçdı.".

 F.İlqaroğlu əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir, basqınçını isə tanımır.
Hadisə nəticəsində jurnalist üz nayihəsindən zədələr alıb, dişi sınıb, dodağı partlayıb.
Qeyd edək ki, iki gün öncə onun avtomobili avtoxuliqanlıq edən bir şəxs tərəfindən vurulmuşdu. Jurnalist qəza törətdikdən sonra sürətlə şütüyüb aradan çıxan həmin şəxsi öncədən avtomobilinə yerləşdirilmiş videokameranın lent yaddaşından istifadə edərək tapdırmışdı.

Bu hadisənin həmin qəza olayı ilə bağlı olub-olmadığı hələlik bilinmir. Məsələ ilə bağlı polisə məlumat verilib.



Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com