Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
10:48
1603
Bu rayonlarda qaz olmayacaq

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə verilən məlumata görə,"Qazıməmməd-Qazax" 1-ci xətt magistral qaz kəmərinin 141,3, 146 və 155-ci kilometrlərində aparılan təmir işləri, eləcə də 164-cü kilometrdə "Qəbələ qaz kəməri qolu"nun xətti kranının dəyişdirilməsi, eyni zamanda "Ağsu-1 şəhər" və "Pirhəsənli" orta təzyiqli qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 18:00-dək Qəbələ rayonuna, Göyçay, Ağsu və Ağdaş rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq.

Bundan əlavə qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi və qaz xəttinin köçürülməsi ilə əlaqədar isə saat 10:00-dan Bakının Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com