Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
10:29
Bakı metrosunda həyəcanlı anlar

Bu gün səhər saatlarında “Bakı Metropoliteni” QSC-nin qatarlarının hərəkətində problem yaranıb. "AzNews"ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, metronun “Dərnəgül”–“Həzi Aslanov” istiqamətində hərəkətdə ləngimələr baş verib.

Saat 08:04 radələrində bu istiqamətdə hərəkət edən qatarlar stansiyalara 7-7,5 dəqiqə intervalı ilə daxil olublar. Metronun “İnşaatçılar”, “20 Yanvar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarında isə qatarlar 3-3,5 dəqiqə dayanıb. Nəticədə “Azadlıq prospekti”, “Memar Əcəmi”, “20 yanvar” mertostansiyalarında böyük sərnişin sıxlığına səbəb olub. Problem saat 08:37-də aradan qaldırılıb. 

Gecikmələrin baş vermə səbəblərini isə öyrənmək mümkün olmayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 21:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com