Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2014
10:16
`Sevilya` və `Benfika` öz meydanında qələbə qazandılar

FaktXəbər-in verdiyi məlumata görə, Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyunlar Pireney yarımadasında baş tutub.

İspaniyada iki yerli klub – “Sevilya” və “Valensiya” üz-üzə gəlib. Son illər həmyerlilərini məğlub etməkdə ixtisaslaşan “Sevilya” bu dəfə də ənənəyə sadiq qalıb. İlk hissədə 2 qol vuran sevilyalılar Valensiyaya nisbətən rahat yollanacaqlar.

Digər oyuda “Benfika” isə “Yuventus”la görüşüb. Portuqaliyada keçən gərgin oyun "Benfika"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabdakı sürüşkən fərq İtaliyadakı oyunun da gərgin olacağına təminat verir.  

Avropa Liqası
Yarımfinal, ilk oyunlar
24 aprel

“Sevilya” (İspaniya) – “Valensiya” (İspaniya) - 2:0
 Qollar: M Bia, 33; Bacca, 36

 “Benfika” (Portuqaliya) – “Yuventus” (İtaliya) - 2:1
Qollar: Garay, 3; Lima, 84 - Tevez, 73

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 20:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com