Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2014
15:50
1434
Qarabağ münaqişəsi Riçard Morninqstarın yadına indi niyə düşüb?
Elxan Mehdiyev: “Problemin həlli ilə bağlı Azərbaycanın radikal addım atması lazımdır”

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Ukraynada baş verən siyasi proseslərlə bağlı jurnalistlərə açıqlama verərkən qeyd edib ki, Ukraynada yaşananlar Dağlıq Qarabağ münaqişəsinin artıq birdəfəlik həllini tələb edir. Lakin maraqlı olan budur ki, cənab səfir 20 ildir Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişənin tam şəkildə həllinin zəruriliyini məhz Ukraynadakı siyasi proseslərin gərginləşməsindən sonra söyləyib. Məgər belə bir mövqe sərgiləmək üçün ABŞ-ın geosiyasi maraqlarının ziddinə olaraq Rusiyanın Krıma sahib çıxması lazım idi? 

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən konfliktoloq Elxan Mehdiyev bildirdi ki, Qarabağ məsələsinin beynəlxalq birliyin gündəminə gəlməsi üçün Azərbaycanın problemin həlli ilə bağlı radikal addım atması lazımdır. Radikal addımlar o vaxt olardı ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı hərbi əməliyyatlara başlamış olsun: “Nəticədə bütün dünya bu işə qarışacaqdı. Lakin mövcud durumda beynəlxalq aləm görür ki, heç bir problem yoxdur və arada bir atəşkəs pozulan kimi bütün həmsədrlər gələrək guya aranı sakitləşdirirlər. ” 

Elxan bəy onu da bildirdi ki, Ukraynadakı hadisələrdən sonra Rusiyanın Azərbaycandakı rolu bir qədər üzə çıxıb: “Rusiyanın rolunun açıq göründüyündən onların Qarabağ tipli münaqişə zonalarına müdaxiləsinin ehtimalları daha da çoxalıb. Bu baxımdan düşünürəm ki, Morninqstarın sözləri də mövcud vəziyyətdən doğur.”

2014-cü ilin əvvəlində ABŞ hökumətinin Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi, Diplomatik nümayəndəlikləri və beyin mərkəzlərinin 500-ə yaxın aparıcı üzvləri arasında sorğu keçirildiyini söyləyən ekspert, “sorğunun nəticələrinə görə Dağlıq Qarabağ və erməni işğalı ən sonuncu prioitet məsələlərdən biri kimi ortaya çıxmışdı. Belə ki, 30 məsələ arasında Dağlıq Qarabağ 29-cu yerdə durmuşdu. Baş verənlər ABŞ hökumətinin Qarabağ münaqişəsinə münasibətinin bariz nümunəsidir”, - deyə bildirdi:

”Qarabağ probleminin 29-cu yerdə durmasının səbəbi də ABŞ konqresində təmsil edilən 130-dan çox erməni ilə əlaqədardır. Məsələyə bu baxımdan baxsaq vəziyyətin daha da acınacaqlı olduğunu düşünə bilərik.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
38

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
741

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
50

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
34

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
115

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1861
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru