Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2014
12:44
5226
Ərşad Hüseynov: `Mümkündür ki, cərimə balını 20-yə qaldırmaqla yanaşı cəza tədbirlərini daha da sərtləşdirsinlər`

Azərbaycanda inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitələrindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olan il ərzində toplanan balın minimum həddi qaldırılır. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə dəyişiklik təklif olunur.

 

Dəyişikliyə əsasən, məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq. 

 

Lakin maraqlı olan budur ki, son illər ərzində baş verən dəhşətli və bədbəxt qəza hadisələrinin sayının səriştəsiz və məsuliyyətsiz sürücülərə görə baş verdiyini nəzərə alsaq, təklif edilən yeni qanun layihəsi hansı nəticələr səbəb ola bilər? 

 

FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən DİGESTA hüquq firmasının direktoru Ərşad Hüseynov bildirdi ki, bir ay bundan öncə Daxili İşlər Nazirliyi cərimə ballarının ümumiyyətlə yığışdırılmasını təklif etmişdi: “Həmin dövrdə bu məsələ ən sərt etiraz edən şəxslərdən biri mən idim. Çünki belə bir qanunun qüvvəyə minməsi ciddi yol fəlakətlərinə gətirib çıxara bilərdi. Lakin görünür sonrada alternativ variant kimi 20 ballıq cərimə sistemini irəli sürüblər.” 

 

Cərimə ballarının 20-yə qaldırılmasının müsbət bir hal olduğunu söyləyən ekspert, “ümumiyyətlə intizamsızlıqdan qorxmaq lazım deyil. Yeni qanuna görə mümkündür ki, hansısa konkret qayda pozuntusuna görə cərimə balları artırılsın. Tutaq ki, indi qırmızı işıqdan keçmək 3 baldırsa, yeni qanundan sonra bu 7 bal olsun”, - deyə bildirdi: “Yəni alternativ variantların tətbiq mümkünüdür. Beynəlxalq təcrübədə bununla bağlı müsbət təcrübələr var. Hətta elə ölkə var ki, orada cərimə balının maksimum həddi 40 və ya 100-dür. Lakin həmin ölkələrdə elə cəza növləri var ki, həmin cəza ilə sürücü 1 illik sürücülük vəsiqəsindən məhrum edilir. Bəzi cəza növlərinə görə, sürücülərdən vəsiqə alınmır və bunun müqabilində yenidən imtahana göndərilir.”

 

Ərşad bəy sonda bildirdi ki, təklif edilən yeni qanun layihəsi barədə ictimaiyyətə heç bir məlumat açıqlanmayıb: “Yalnız qanun layihəsi barədə məlumat tutduqdan sonra dəqiq bir şey demək olar. Mümkündür ki, cərimə balını 20-yə qaldırmaqla yanaşı cəza tədbirlərini daha da sərtləşdirsinlər. Türkiyədə şəhərdə sürət rejimini yüksək səviyyədə pozan şəxslərin sürücülük vəsiqəsini 6 aylıq əllərindən aldıqdan sonra onu psixiatr yanına göndərərək arayış gətirməsini tələb edirlər ki, həqiqətən də başında problem yoxdur. Vaxtı ilə bunun Azərbaycana da tətbiq edilməsini təklif kimi irəli sürməyimizə baxmayaraq qəbul olunmadı.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 07:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com