Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2014
15:44
675
“Azərsığorta” Dövlət Şirkəti daha bir sürücünü aldatdı
Sığorta olunmuş avtomobilin ziyan vurduğu avtomobilə kompensasiyası ödənilmir

Azərbaycanda avtomobillərin icbari sığortası haqqında qanun qəbul ediləndən sonra  bütün avtomobillərin məcburi sığortasına start verildi. Bu əslində tam normal və alqışlanası addımdır. Yəni, hər hansısa bir qəza hadisəsi baş verərkən avtomobilə dəymiş ziyan ödənilir. Bu prosesdə sürücü 60-150 manat məbləğində avtomobilini sığortalamaqla 5000 manata qədər dəymiş ziyanı sığorta şirkətindən alır. Amma, əgər sığorta şirkəti qanunla nəzərdə tutulmuş qaydada hərəkət edərsə, yəni, həmin dəymiş ziyana görə kompensasiyanı ödəyərsə. Artıq son vaxtlar bəzi sığorta şirkətləri avtomobilləri sığortalasa da, sonradan baş vermiş qəza nəticəsində dəymiş ziyanı ödəməkdən imtina edir. Sürücüyə qəzadan sonra müxtəlif bəhanələr tutan bu şirkətlər sonda həmin məbləği ödəməmək üçün min bir bəhanə axtarır.

Azərbaycan Dövlət  Sığorta  Kommersiya  Şirkəti (“Azərsığorta) da bu cür qanunsuzluğa yol verib. Avtomobili əvvəlcədən sığortalanan sürücü qəza hadisəsindən sonra daha da bəlaya düşüb. Sürücüləri aldadaraq onlardan sığorta pulu almasına baxmayaraq, şirkət qəza zamanı avtomobil sahiblərinə pul ödəməkdən imtina edib.

Bu cür hadisələrdən biri də bir neçə gün öncə sürücü Əzizağa İsmayılovun başına gətirilib. Dediyinə görə, o idarə etdiyi “KAMAZ” markalı yük avtomobilini Azərbaycan Dövlət  Sığorta  Kommersiya  Şirkətində sığortalatdırıb. Şirkətlə sürücü arasında bağlanan sığorta müqaviləsinə görə, törədilən qəza və digər hadisələr zamanı “KAMAZ”ın hər hansısa avtomobilə, tikiliyə və digər əmlaka dəyən ziyan Azərbaycan Dövlət  Sığorta  Kommersiya  Şirkəti tərəfindən tam ödənilməlidir. Amma, müqavilənin olmasına baxmayaraq şirkət indi baş verən hadisəyə görə kompensasiya ödəməkdən boyun qaçırır.

Belə ki, bu ilin aprel ayının 11- də axşam saatlarında Bakı-Quba yolunun Şabran rayonu ərazisində Əzizağa İsmayılov özünə məxsus 10 LA 782 dövlət nömrə nişanlı  “KAMAZ” markalı  yük maşını ilə Şabran şəhər sakini Əliməmmədov Samir Xanbaba oğluna məxsus 10 TP 562 dövlət nömrə nişanlı "Mersedes"   avtomobili vuraraq qəza törədib. Dərhal hadisə yerinə Şabran rayon Dövlət Yol Polisinin əməkdaşları gələrək hadisə ilə bağlı akt tərtib ediblər. Tərtib edilən aktda həqiqətən də “Kamaz” markalı avtomobilin “Mercedes” i vuraraq qəza törətdiyi və  "Mercedes"in  ciddi  əzildiyi  qeyd olunub. “Kamaz” markalı avtomobilin sürücüsü Əzizağa İsmayılov dərhal maşınının sığorta olunduğu  Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə zəng edərək qəza törədilən yerə əməkdaşlar göndərilməsini xahiş edib. Lakin sığorta şirkəti hadisə yerinin uzaqlığını bəhanə edərək şirkətin Şabrandakı filialına müraciət etməyi tövsiyə ediblər. Dövlət Sığorta Şirkətinin Şabran filialının əməkdaşları da hadisəni olduğu kimi qeydə alıblar. Amma...

Amması odur ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti hadisə nəticəsində avtomobili əzilən "Mersedes" markalı avtomobilin sürücüsü Samir Əliməmmədova dəyən ziyanı ödəməkdən imtina edib: “Şirkət konkret demir ki, ödəmirlər, amma bəhanələr axtarırlar. Hər dəfə bir bəhanə ilə kompensasiyanı ödəməkdən boyun qaçırırlar. Gah deyirlər qəza bilərəkdən olub, gah deyirlər qəsdən törədilib və ona görə kompensasiya vermirlər”.  

Şabran şəhər DYP-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin yerli filialının rəylərinə baxmayaraq, şirkətin Bakıdakı rəhbərliyi qəza hadisəsinin qondarma olduğunu bildirir. Guya ki, heç bir hadisə baş verməyib və sürücülər bilərəkdən onlardan pul istəyir. Amma, əslində hadisə yerində Şabran DYP əməkdaşları da olub, sığorta şirkətinin də nümayəndələri. Hər iki qurum üzvləri akt tərtib edərək hadisənin olması barədə məlumatları yazıb, araşdırmalar aparıblar. Amma, şirkətin baş ofisindən kompensasiyanın ödənilməsinə razılıq vermirlər. Hətta, bu azmış kimi şirkətin nümayəndəsi zərərçəkmiş şəxsi təhqir də edib: “Bir neçə gün öncə şirkətin Əhməd adlı eksperti avtomobil qəza nəticəsində yararsız hala düşən Samir Əliməmmədovun Şabran şəhərində yaşadığı evə gedərək, təhqiramiz şəkildə onları saxtakarlıqda ittiham edib. Bundan sonra “Mercedes” markalı avtomobilin sürücüsü Samir Əliməmmədov Dövlət Sığorta Şirkətinin Bakı şəhərindəki mərkəzi ofisinə şikayət etsə də, heç bir nəticəsi olmayıb. Əksinə, Dövlət Sığorta Şirkəti  sürücülərlə yanaşı, Şabran rayon DYP-ni və hətta özünün rayondakı filialını da saxtakarlıqda ittiham edib. Şirkət rəhbərliyi bununla da, sığortanı ödəməkdən boyun qaçırır”.

Şikayətçi "Olaylar"a bildirib ki, artıq 12 gündür o və zərərçəkmiş şəxs şirkətdə süründürülür, amma bu süründürməçiliyin də sonu görünmür. Dövlət Sığorta Kommersiya Şirkəti isə dəymiş ziyanı ödəmək istəmir. Çarəsiz qalan şikayətçilər isə nə edəcəklərini bilmirlər. Əvvəlcədən milyonlarla vətəndaşı aldadıb pullarını alan şirkət sonda hər hansısa bir qəza baş verəndə kompensasiya ödəməkdən boyun qaçırır. Sonda isə yenə də zərbə sürücüyə dəyir, şirkət isə müəyyən yollarla fəaliyyətini və insanları aldatmaqda davam edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
579

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
773

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1498

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
179

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1764

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
809

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
239

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
204

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
246

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
208
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 02:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru