Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2014
11:10
1243
Jurnalist olmaq istəyən bakalavrların qabiliyyət imtahanı başlayıb

Bu gündən başlayaraq “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar qabiliyyət imtahanı verirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 22-dən 24-dək davam edəcək imtahan komissiyanın binasında keçirilir. Qeydiyyatdan keçmiş bakalavrlar 18 aprel tarixindən başlayaraq TQDK-nın internet saytında müvafiq səhifəyə (http://eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə şəxsiyyətlərini təsdiq edən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni gətirməlidirlər. Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1124

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
89

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
312

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 22:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru