Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2014
17:05
Adnan Oktarın vəkilindən FaktXəbər-ə ittiham dolu məktub

Bir müddət öncə FaktXəbər Analitik Mərkəzinin hazırladığı “Adnan Oktarın Azərbaycan şəbəkəsindəki gəncləri gözləyən təhlükə!” adlı məqalə dərc etmişdik. Məqalə adı Adnan Oktar olan, amma Harun Yəhya, Cavid Yalçın və başqa bilmədiyimiz adlardan istifadə edən şəxsdən bəhs edirdi. Bildirilirdi ki, Adnan Oktar adlı şəxsə qarşı İstanbul polisi 12 noyabr 1999-cu ildə genişmiqyaslı əməliyyat həyata keçirib. 50 ünvana birdən təşkil edilən basqınlar nəticəsində Adnan Oktarın başında durduğu şantaj şəbəkəsi çökdürülüb. İstintaqda Adnan Oktar ələ keçirmək istədiyi, küllü miqdarda pul qoparmaq niyyətində olduğu şəxslərə müridləri vasitəsi ilə şantaj həyata keçirdiyini etiraf edib. Oktar polisdəki ifadəsində müridlərə əmr verərək cinsi münasibətdə olarkən gizli video görüntülərini çəkdirdiyi, ya da pornoqrafik görüntülərə foto-montaj edərək mətbuata və yaxınlarına göndərərək şantaja çalışdığı şəxslərin siyahısını açıqlayıb. Bütün bu sadalananlar barədə Türkiyə mediasının arxivlərində küllü miqdarda material var və məqalə də bu materiallar əsasında hazırlanıb.

Sözügedən araşdırma ilə bağlı FaktXəbər-in emailinə Adnan Oktarın vəkili Gülcan Karakaşın email ünvanından məktub daxil olub. Gülcan Karakaş məqalədə səsləndirilən fikirlərin tamamilə həqiqətdən kənar olduğunu yazır. Vəkil daha sonra yazının saytdan silinməsini və təkzib verilməsini tələb edir. Ardınca isə bildirir ki, əgər səsləndirilən tələblər yerinə yetirilməsə, hüquqi addımlar atılacaq.  

Biz də media orqanı olaraq qarşı tərəfin cavab haqqını tanıyır və işıqlandırırıq. Amma məsələ bundan ibarətdir ki, qarşı tərəf cavab haqqından istifadə etməklə, həqiqətləri təhrif niyyətini ortaya qoyub. Ona görə də, onların açıqlamalarına redaksiya tərəfindən qısa haşiyələr əlavə olunur. 

Cənab Adnan Oktar və yoldaşlarına atılan cinsi məzmunlu iftiralar əsassızdır

Tanınmış bir şəxsi etibardan salmaq, adını ləkələmək və xalqın gözündən salmaq məqsədilə əl atılan ən klassik metodlardan biri cinsi məzmunlu iftiralar atmaqdır. Sözügedən iddiaların həqiqət kimi qəbul edilməsi üçün bu barədə şikayətçi, zərərçəkən və ya bu iddiaları təsdiqləyən şahid olmalıdır. Ancaq bu iftiranı təsdiqləyən heç bir şahid, şikayətçi və ya zərərçəkən yoxdur. Türkiyə Respublikasının məhkəmələri sözügedən iddiaların hamısını təkzib etmişdir.

İnternet səhifəsində yazılan “gizli kameralar vasitəsilə şantaj və hədələmə” iddialarının da əsassız olduğu qanuni şəkildə sübut edilmişdir. Məhkəmələr və prokurorluqlar tərəfindən ardıcıl verilmiş bəraət qərarları bu iddianın əsassızlığını qəti sübut etmişdir.

Haşiyə-1: 

1999-cu ildə Elmi Tədqiqat Təşkilatının (ETT) üzvlərinə qarşı keçirilmiş əməliyyat

1999-cu ildə ETT üzvlərinə qarşı 45 evə gecə 03:00-da eyni anda basqın edilmiş, evlərdə səhərə qədər axtarış aparılmış, lakin HEÇ BİR GİZLİ VİDEOLENTƏ,  yaxud qanuna zidd heç bir ünsürə RAST GƏLİNMƏMİŞDİR. KİV-də qanunsuz şəkildə yayımlanan ittihamlar isə ETT üzvlərinə qarşı qaralama kampaniyasının bir hissəsidir.

Sözügedən məqalədə cənab Adnan Oktar və yoldaşlarının 1999-cu ildə keçirilən polis əməliyyatında imzaladıqları uydurma ifadə mətnlərindən bölmələr verilib. Bu ifadələr polis tərəfindən uydurulub və həbsdə saxlanılan şəxslərə təzyiq altında zorla imzalatdırılıb.

Bu iddialara şahid kimi göstərilən şəxslər də polis şöbəsində zorakılıq və təzyiq altında önlərinə qoyulan ifadələri imzalamağa məcbur ediliblər. Bu şəxslər daha sonra polis şöbəsində onlara təzyiq olunduğunu bildirərək hakim hüzurunda onlara aid edilən polis şöbəsindəki ifadələrini qəbul etməyiblər. 

ETT üzvlərinin həbsdə ikən işgəncəyə məruz qaldıqlarına dair 18 ədəd ədliyyə tibbi arayışı var. ETT üzvlərindən Emre Çalıkoğluna işgəncə edildiyi məhkəmə qərarı ilə təsdiqlənmişdir. Bundan əlavə, polis işçiləri 216 il həbs tələbi ilə məhbuslara işgəncə etmək təqsirindən hələ də mühakimə olunurlar.

Haşiyə-2:

Cənab Adnan Oktar heç bir dövrdə məsihlik və ya mehdilik iddia etməmişdir:

Cənab Adnan Oktarın heç vaxt məsihlik və ya mehdilik iddiası olmayıb. Yazıçının internet saytlarında, əsərlərində, məqalələrində, söhbət proqramlarında, videolarında mehdilik iddia etdiyinə dair bircə cümləyə də rast gəlmək mümkün deyil. Hətta həyatı boyu əsla belə bir iddia etmədiyi və etməyəcəyinə dair and içmişdir.

Cənab Adnan Oktar camaat lideri, şeyx və ya hoca deyil. Cənab Adnan Oktar bir mütəfəkkir və müəllifdir. Yoldaşları onun “müridləri” yaxud “adamları” deyil, hər biri yetkin, təhsilli, iş sahibi, şəxsi sosial həyatı olan insanlardır. Bu insanların Adnan Oktarı sevməsi və ya fikirlərini dəstəkləməsi camaat olduqları mənasını vermir, sadəcə bir fikir qrupu kimi dəyərləndirilə bilərlər.

Haşiyə-3:

Adnan Oktarın xanım yoldaşları ilə bağlı iddiaların əsassızlığı

Sözügedən saytda verilən cənab Adnan Oktarın özünə hərəmxana qurması iddiası da həqiqətlə əlaqəsi olmayan təxəyyül məhsuludur və heç bir dəlilə əsaslanmayan, ictimaiyyətdə qəzəb formalaşdırmaq üçün istifadə olunan cinsi məzmunlu iftiralardan biridir.

Tarix boyu bütün səmimi insanlara, peyğəmbərlərə, elçilərə, Allah yolunda çalışan insanlara bu cür iftiralar atılmışdır. Hz. Yusuf (əs) Quranda bu mövzuda verilən mühüm nümunədir. Xüsusilə dindarlığı ilə tanınan insanlara qarşı bu metoddan istifadə olunur. Cənab Adnan Oktar da dindar insan olduğu və həm özü, həm də ETT üzvləri milli-əxlaqi məsələlərdə həssaslıqları ilə tanınan insanlar olduqları üçün bu insanları ictimaiyyətin nəzərində etibardan salmaq üçün ən asan yol kimi cinsi məzmunlu iftira atmaqdan istifadə olunmuşdur. Halbuki, ortaya atılan “hərəmxana” yaxud “Adnan Oktarın qadınları” kimi cinsi məzmunlu ssenarilər tamamilə əsassızdır.

Bu əsassız iddialar yazımızın əvvəlində də qeyd etdiyimiz ETT üzvlərinə qarşı 12 noyabr, 1999-cu il tarixində keçirilən polis əməliyyatından sonra məhkəmədə də ifadə edilmiş, ancaq bu ssenarilərdə zərərçəkən kimi göstərilən xanımların hamısı iddiaların tamamilə təxəyyül məhsulu olduğunu, ETT üzvlərindən tanıdıqları insanların əxlaqlı, səviyyəli insanlar olduqlarını bildiriblər. Məhkəmədəki bir çox şahid də bunları təsdiqləmişdir.

Haşiyə-4: Bu barədə Haşiyə-2-də göstərilib.

Cənab Adnan Oktar və yoldaşlarının mənbəyi açıqlanmayan qeyri-qanuni var-dövləti və nəğd pul vəsaiti yoxdur

Sözügedən məqalədə cənab Adnan Oktar və yoldaşlarının maddi qazancları şübhəli göstərilmiş və ETT üzvlərinin guya masonlar tərəfindən maddi cəhətdən dəstəkləndiyi iddia edilmişdir. Türkiyədə 28 fevral prosesi kimi tanınan 1998-2002-ci illərdə dindar kütləyə aid şirkətlər, partiyalar və qrupları qaralamaq üçün buna bənzər iddialar sıx-sıx dilə gətirilmişdir.

Bu iddialara görə, Maliyyə Nazirliyi nəzdindəki Maliyyə Cinayətlərini Araşdırma Şöbəsi (MASAK) cənab Adnan Oktar və yoldaşlarının maddi gəlirlərini hərtərəfli araşdırmışdır. Bütün bu araşdırmalar nəticəsində MASAK tərəfindən hazırlanan və məhkəməyə göndərilən 3 ayrı rəsmi arayışa görə, cənab Adnan Oktar və ETT üzvlərinin heç birinin mənbəyi açıqlana bilməyən, qeyri-qanuni yollarla əldə edilmiş var-dövlətinə və nəğd pul vəsaitinə rast gəlinməmişdir.

QEYRİ-QANUNİ QAZANC İFTİRASI DÖVLƏTİN RƏSMİ ARAYIŞLARI İLƏ TƏKZİB EDİLMİŞDİR

Haşiyə-5: Yenə qeyd edirik ki, 70 dildə milyonlarla tirajı olan kitab və jurnalların hansı pullarla çap edildiyi və niyə pulsuz paylandığı məsələsi açıq qalır. Bu cür gəlir gətirməyən xidmət bir zavodu belə 2-3 aya çökdürər. Məhz buna görə də, Adnan Oktar ticari fəaliyyətlərinin nədən ibarət olduğunu açıqlamır.

Cənab Adnan Oktarın 9 ay həbsxanada və 10 ay ruhi xəstəxanada saxlanılması qəsddir

Cənab Adnan Oktar ateist, darvinist, materialist və kommunist kütlələrə qarşı illərdir dünya səviyyəsində dərin, güclü ideoloji mübarizə aparır və bu səbəbdən, çoxlu sayda qəsdə məruz qalmışdır. Bunlardan biri də ən səlahiyyətli orqanlar tərəfindən pozularaq əsassız olduğunun sübut edilməsi ilə qəsd olduğu üzə çıxmış şizofreniya xəstəsi diaqnozudur.

Cənab Adnan Oktar heç bir əsas göstərilmədən, məhz “Yəhudilik və Masonluq” adlı kitabının müəyyən kütlələri narahat etməsinə görə, 10 ay ən ağır ruhi xəstələrin yanında ruhi xəstəxanada, 9 ay da həbsxanada təkadamlıq kamerada saxlanılmışdır. Cənab Adnan Oktarın fəaliyyətlərini saxlaması üçün həyata keçirilən qorxutma metodu müxtəlif işgəncə və çətinliklərlə 19 ay davam etmişdir. Lakin cənab Adnan Oktara qəsd məqsədilə qoyulan bu diaqnoz hərbi xəstəxana tərəfindən pozulmuş və “ruhi və fiziki cəhətdən sağlamdır” arayışı verilmişdir. Sözügedən arayış yuxarı ixtisas şöbəsində də təsdiqlənmişdir.

Haşiyə-6: Əgər doğrudan da onun masonluq barədə yazdıqlarından kimlərsə narahat olubsa, necə olur ki, Adnan Oktara 33-cü dərəcəli mason adı verilir?

Bəzi ETT üzvlərinin ailələri Ergenekon terror təşkilatının üzvləri tərəfindən dəstəklənmişdir

ETT üzvlərinin öz ailələrinə münasibəti ilə bağlı iddialar çirkin iftiradır. Ancaq 4-5 ailə (bu ailələrin iddia edilən Ergenekon terror təşkilatı mənsubları tərəfindən dəstəkləndiyi əlaqədar məhkəmə işinin dəlillər qovluğuna tikilmişdir) müxtəlif spekulyasiyalarla bu iddia edilən terror təşkilatının uydurduğu iftiraları gündəmə gətirib. Bu yolla prokurorluğa təsir etməyə çalışıblar, ETT üzvləri haqqında mənfi təbliğat aparıblar. Daha sonra bu iddialarını geri götürmək üçün pul tələb ediblər.

ETT üzvlərinin ailələrə hörmətini və sevgisini görmək üçün iddia edilən Ergenekon terror təşkilatı tərəfindən dəstəklənən 4-5 ailənin deyil, cənab Adnan Oktar və ETT haqqında fikirlərini və sevgilərini açıq-aydın bildirən YÜZLƏRLƏ  ailənin fikirlərinə baxmaq lazımdır. Yüzlərlə ailə cənab Adnan Oktarın vəsiləsi ilə övladlarının gözəl əxlaqlı, imanlı böyüdüyünə görə razı olduqlarını bildirir, çətinliyə, xəstəliyə baxmadan həmişə övladlarının yanında olduqlarını, dəstəkləyib kömək etdiklərini dilə gətirirlər.

Haşiyə-7: 

Adnan Oktarın vəkili

advokat Gülcan Karakaş”

Araşdırmamız nəticəsində bəlli oldu ki, redaksiyamıza ünvanlanmış məktub həqiqətən Gülcan Karakaşın emailindən gəlib və vəkil doğrudan da bu emaildən istifadə edir. Amma müəyyən suallar da yaranmamış deyil. Məsələn, məktubun türkcə deyil, azərbaycanca yazılması və imzasının olmaması; yazıda Azərbaycan dilinin qrammatik qaydalarına tam əməl olunması; bizim əvvəlki məqalədə adı hallanan A9az.tv-nin Adnan Oktara bağlılığından söhbət açılmaması və məqalə dərc olunduqdan sonra saytın və onun facebook səhifəsinin fəaliyyətini dayandırması; http://www.youtube.com/user/A9Azerbaycan/videos səhifəsindən bütün videoların silinməsi.

Bütün bu yazılanlar onu deməyə əsas verir ki, vəkilin bu məktubu Adnan Oktarın Azərbaycandakı müridləri tərəfindən hazırlanıb və vəkilə göndərilib. Vəkil isə məktubu sadəcə yönləndirib.

Hələlik bu qədər. Həqiqət hər şeydən üstündür. Əgər bu gün Türkiyə mediasında Adnan Oktarın kimliyi barədə məqalələr, araşdırmalar dərc olunursa və bu məqalələr hər hansı bir məhkəmə predmeti olmursa, görəsən xanım Gülcan Karakaş hansı əsasla müstəqil Azərbaycanın müstəqil mediası qarşısında tələb səsləndirir?

Adnan Oktarın müridinə çevrilmiş övladları üçün göz yaşı axıdan ananın nalə dolu müsahibəsini isə sabah təqdim edəcəyik.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
behlul tərəfindən 22-04-2014 04:36:23 tarixində yazıldı
İslam dinini əslindən ayırmaq və aradan götürmək
İslam düşmənləri dünyanın hər bir regionunda təkfirçilərin, xəvariclərin, sələfilərin, vəhabilərin və sair cərəyanların əli ilə İslam dinini gözdən salmaq və İslam dinini aradan aparmaq üçün bütün vasitələrlə əks təbliğat işlərini aparırlar. Onların bu kimi cərəyanların əli ilə Suriya, İraq və sair başqa müsəlman ölkələrində parçalamaq və pozucu siyasəti aparması buna bir sübutdur. Türkiyədə yəhudi olan Adnan Oktar (Harun Yəhya) kimi cərəyan da bunlardan biridir. İslam dininin əsas düşməni BÖYÜK GÜCLƏRdir. Böyük güclərin əqidəsi ateist, şeytan və sair əqidəsidir. Bu kimi adamlar dini təbliğat aparanda adama elə gəlir ki, bunlar İslamı gözəl təbliğ edirlər. Sonradan məlum olur ki, bunların təbliğatı görüntü məqsədlidir. İslam düşmənlərinin məqsədi Adnan Oktar kimilərin vasitəsilə özlərinə sərf eləyən Qərb İslamı təbliğ etməkdir , İslam dinini gözdən salmaq, İslamı dinini əslindən ayırmaq və öz maraqlarını bütün müsəlman ölkələrində təmin etməkdir. Necə ki, İslam dinindən 1500 il əvvəl din düşmənlərin əli ilə Musa Peyğəmbərin dininin əsli itmiş və indiki yəhudi dini yaranmışdır, həmçinin İslam dinindən 600 il əvvəl din düşmənlərin əli ilə İsa Peyğəmbərin dininin əsli itmiş və indiki xristian dini yaranmışdır və o zaman Allahtaalanın hökmlərinin bir qismi aradan getmişdir. Nəhayət sonda Allahtaala yenidən öz hökmlərini çatdırmaq üçün son Mühəmməd Peyğəmbər (s) vasitəsilə İslam dinini və müqəddəs Qurani-Kərimi insanlara tanıtdırmışdır. Mühəmməd Peyğəmbər(s)axır ömründə müqəddəs Qurani-Kərimi və o, kitabın danışan dili olan Əhli-Beyti (On İki İmamlar) əvvəlki və indiki müsəlmanlara (hədislə) dönə-dönə möhkəm tapşırdı. Əhli-Beyti (On İki İmamlar) həmçinin ona görə də tapşırdı ki, İslam dininin əsli itməsin və On İki İmamlar bu dini qoruyub saxlaya bilsinlər. Necə ki, Yezid və onun tərəfdarları İslam dinini əslindən ayırmaq istədilər və lakin İmam Hüseyn (ə) onlara qarşı çıxaraq, bu yolda şəhid olaraq İslamı qoruya bildi. Allahtaala bu dini düşmənlərimizin fitnələrindən qorusun.
Murat Şimşek tərəfindən 24-04-2014 04:24:59 tarixində yazıldı
adnan oktar
YA ALLAH’IN ALLAH’A DAVET EDEN DAVETÇİLERİNİN (Peygamberler,Kavim Resulleri,Mürşid’ler ve Allah’ın yolunda olan Mü’minlerin) “YAŞARKEN RUH’EN ALLAH’A ULAŞMAYI KALB’TEN DİLEMEK” DAVETİNE İMAN EDİP “ALLAH’A ULAŞMAYI KALB’TEN DİLEDİĞİMİZDE,SONRA DA ALLAH’TAN HACET NAMAZI İLE ÖĞRENDİĞİMİZ MÜRŞİDİMİZE TABİ OLDUĞUMUZDA GÜNAHLARIMIZIN MAĞFİRETİNİ (Bağışlanarak sevaba çevrilmesi) GERCEKLEŞTİREREK,ELİM AZAPTAN KURTARACAK ALLAH’UTEALA.YA DA ONLARA İNANMAYIP ATEŞE DAVET EDENLERİN DAVETİNE VEYA HEVAMIZA TABİ OLUP DALALETTE KALMAYA DEVAM EDEREK AZABA DÜÇAR OLURUZ!... Allah’ın DAVETCİLERİNİN DAVETİNE İCABET EDENLERE ALLAH’IN GARANTİSİ: AHKÂF-31: Yâ kavmenâ ecîbû dâiyallâhi ve âminû bihî yagfir lekum min zunûbikum ve yucirkum min azâbin elîm(elîmin). Ey kavmimiz! Allah'ın davetçisine icabet edin. Ve O'na îmân edin ki, sizin günahlarınızı bağışlasın ve mağfiret etsin (sevaba çevirsin). Ve sizi elîm azaptan korusun. Allah’ın davetine icabet eden kişi “ALLAH’A ULAŞMAYI DİLEDİĞİ ANDA” Allah onu TAKVA SAHİBİ KILAR. RUM/31: O'na (Allah'a) yönelin (Allah'a ulaşmayı dileyin) ve O'na karşı takva sahibi olun. Ve namazı ikame edin (namaz kılın). Ve (böylece) müşriklerden olmayın. Takva sahibi olan kişiye FURKANLARI (Hak ile batılı ayıran özelliği) verir,o kişinin GÜNAHLARINI BAĞIŞLAR(Örter) daha sonra (Mürşidine tabi olduğunda) da BAĞIŞLANAN GÜNAHLAR SEVABA ÇEVRİLİR (Mağfiret olunur.) ENFAL/29: Ey âmenû olanlar! Allah'a karşı takva sahibi olursanız sizi furkan (hak ve bâtılı ayırma özelliği) sahibi kılar! Ve sizden (sizin) günahlarınızı örter ve size mağfiret eder (günahlarınızı sevaba çevirir). Ve Allah, büyük fazl sahibidir. Allah’ın DAVETCİLERİNE İCABET ETMEYENLERİN ACI DURUMU: AHKÂF-32: Ve men lâ yucib dâiyallâhi fe leyse bi mu’cizin fîl ardı ve leyse lehu min dûnihî evliyâu, ulâike fî dalâlin mubîn(mubînin). Ve Allah'ın davetçisine icabet etmeyen kimse, yeryüzünde (Allah'ı) aciz bırakacak değildir. Ve onun Allah'tan başka dostları yoktur. İşte onlar apaçık dalâlet içindedirler. KASAS/50: Bundan sonra eğer sana icabet etmezlerse (senin hidayete erdirme davetine uymazlarsa), bil ki onlar heveslerine tâbîdirler. Allah'tan bir hidayetçi olmaksızın (hidayetçiye değil de) kendi heveslerine tâbî olandan daha çok dalâlette kim vardır? Muhakkak ki Allah, zalimler kavmini hidayete erdirmez. İBRÂHÎM-22 : Şeytan, emir yerine getirildiği zaman şöyle dedi: “Muhakkak ki; Allah, size “hak olan vaadini” vaadetti. Ve ben de size vaadettim. Fakat ben, vaadimden döndüm. Ve ben, sizin üzerinizde bir güce (sultanlığa, yaptırım gücüne) sahip değilim. Sadece sizi davet ettim. Böylece siz, bana icabet ettiniz. Artık beni kınamayın! Kendinizi kınayın!.... Allah’utela serbest iradeli kıldığı insanları ve cinleri dünya hayatında da ahiret hayatında da mutlu kılmak ister.Onlara Adem as’dan itibaren gönderdiği peygamberler vasıtasıyla onların mutluluk davetiyelerini,mutluluk recetelerini ve mutluluk garantilerini içeren kitapları göndermiş.Ama şeytan o KİTAPLARI ya ortadan kaldırmış ya da tahrif etmiş.Fakat Şeytan,kur’anın tahrif edilmeyeceğine dair Allah’ın garantisi olduğunu bildiği için(hicr/9) de onun yerine EMANİYYE adı verilen elyazması kitapları (bakara/78,79-nisa/119,120) devreye koyarak insanların dünya ve ahiret mutluluğunu engellemiş. Allah’ın,Allah’a davet eden DAVETÇİLERİNİN Başında:”DEVRİN İMAMLARI” gelir.Bunlar,asaleten Peygamberlerdir.Peygamberlerin olmadığı dönemlerde de vekaleten, “Allah’ın,Kavim Resullerinden seçtiği Peygamber olmayan VELİ RESULDÜR” ve görevleri,Allah’ın emriyle Allah’a DAVET,Allah’a HİDAYETTİR. SECDE/24: Ve onlardan, emrimizle hidayete erdiren imamlar kıldık, sabır sahibi oldukları ve âyetlerimize (Hakk'ul yakîn seviyesinde) yakîn hasıl etmiş oldukları için. Allah’uteala,Bu imamların karşılığında da BAZILARINI (Emaniyye’ye tabi olanları) TALEPLERİ doğrultusunda ATEŞE DAVET EDEN İMAMLAR olmalarına müsaade etmiştir. KASAS/41: Ve Biz, onları ateşe davet eden imamlar (önderler) kıldık. Ve kıyâmet günü onlara yardım olunmaz. DALALET: Hem dünya hayatında;MUTSUZLUK,Hem de Ahiret hayatında; DEVAMLI CEHENNEMDİR. MAİDE/104,105: Ve onlara: “Allah'ın indirdiğine (Kur'ân'a) ve Resûl'e (itaate) gelin.” denildiğinde; “Babalarımızı üzerinde bulduğumuz şey (dîn) bize yeter (kâfi)” derler. Ya onların babaları (bu gerçeklere ait) bir şey bilmiyorlarsa ve hidayete ermemişlerse de mi...? Ey âmenû olanlar! Nefsleriniz, üzerinizedir (nefsinizin sorumluluğu üzerinize borçtur). Siz hidayette iseniz, dalâletteki bir kimse size bir zarar veremez. Hepinizin dönüşü Allah'adır. O zaman yapmış olduğunuz şeyleri size haber verecek. KAMER/47,48:Muhakkak ki mücrimler (suçlular), dalâlet ve çılgınlık içindedir.O gün yüz üstü (sürünerek) ateşe sürüklenirler. “Sekarın (alevli ateşin) dokunuşunu tadın!” (denir). YASİN/62,63: Ve andolsun ki sizden birçoklarını dalâlette bıraktı. Hâlâ akıl etmez misiniz?Size vaadedilmiş olan cehennem (işte) budur. PEYGAMBERLERİN VE KAVİM RESULLERİNİN DAVETİ: KASAS/87: Ve Sana indirildikten sonra, Allah'ın âyetlerinden sakın seni alıkoymasınlar. Ve Rabbine davet et (Allah'a ulaşmaya çağır). Ve sakın müşriklerden olma! HAC/67: Ve Biz, bütün ümmetler için mensek (tek bir şeriat) tayin ettik. Onlar, onunla (o şeriatle) amel ederler (etsinler). Öyleyse emrim konusunda seninle niza etmesinler (çekişmesinler). Sen, Rabbine davet et. Muhakkak ki sen, mutlaka mustakîm (Allah'a doğru istikametlenmiş) olan hidayet üzeresin. MÜRŞİD’LERİN DAVETİ: FUSSİLAT/33: Allah'a davet eden ve salih amel (nefs tasfiyesi) yapan ve: “Muhakkak ki ben teslim olanlardanım.” diyenden daha güzel sözlü kim vardır? MÜ’MİNLERİN (Kendileri davete icabet etmiş Allah’a ruh’en ulaşmış kişilerin) DAVETİ: MÜ’MİN/13,14:O (Allah)tır ki, âyetlerini size gösterir ve sizin için gökten rızık indirir. Bunu münib olandan (Allah'a yönelenden) başkası tezekkür etmez (edemez).Öyleyse dîni, O'na halis kılarak Allah'a davet edin. Kâfirler kerih görse de. DEHR/29: Muhakkak ki bu bir öğüttür. Artık kim dilerse Rabbine bir yol ittihaz eder (edinir). VEL-ASR/ : Asra yemin olsun.Muhakkak ki insan, gerçekten hüsrandadır.Ama âmenû olanlar (ilk 7 basamağı aşanlar), nefs tezkiyesi yapanlar (ikinci 7 basamağı aşanlar), Allah'a ruhu ulaşıp HAK’KI TAVSİYE edenler (üçüncü 7 basamağı aşanlar) ve sabrı tavsiye edenler (dördüncü 7 basamağı aşanlar) hariç. Allah hepinizden razı olsun.FERHAT BAŞTUĞ.Daha geniş açıklama:www.ferhatbastug.com adresinde,”NEDEN DÜNYA VE AHİRET SAADETİ İÇİN ALLAH’A ULAŞMAYI DİLEMEK ŞARTTIR”Dosyasındadır.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 02:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com