Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2014
15:44
753
Bakı yol polisi paytaxtda baş verən çökmə ilə bağlı sürücülərə müraciət edib

Paytaxtın Nobel prospektində baş verən çökmə ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bu gün Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun çıxış hissəsinə yaxın ərazidə, paytaxtın Zığ qəsəbəsində şəhər istiqamətindəki yolun tam ortasında çökmə baş verib. Bununla əlaqədar müvafiq qurumlar işə başlayıb. Hazırda həmin yol üzrə avtomobillərin hərəkətində sıxlıq yaşanır. Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə hələlik Nobel prospektinin boru keçidi ilə kəsişən hissəsindən, işıqforla tənzimlənən yolayrıcından şəhər istqaimətində nəqliyyatın sıxlığının yaşanmaması üçün alternativ yol kimi Cəmşid Naxşıvanski adına Hərbi Liseyin və "Nargilə" kafesinin yanından Babək prospekti ilə hərəkət etmələrini tövsiyə edir.

Qeyd edək ki, bu gün səhər 8:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çöküb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
43

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1078

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
422

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
76
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 14:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru