Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2014
10:57
1424
Hikmət Hacızadə: “Necə ki, Cənubi Osetiyada yaşayan osetinlərə Rusiya pasportları paylayıb öz ərazilərinə qatdılar, Qarabağla da bağlı eyni şeyi tətbiq edə bilərlər`

Ermənistan mətbuatı yerli politoloqlar arasında ölkə vətəndaşlarına Rusiya pasportunun verilməsi ilə bağlı sorğu keçirib. Sorğunun nəticəsinə əsasən Ermənistan vətəndaşlarına Rusiya pasportlarının paylanılması Qarabağ üçün uğurlu olacaq. Lakin Rusiyanın məlum Krım siyasətindən sonra Qarabağla bağlı belə bir məsələnin gündəmə gətirilməsi müəyyən narahatçılıqlar yaradır. Bəs Rusiya və Ermənistan mediası tərəfindən keçirilən sorğunu və səsləndirilən fikirləri təsadüf hesab etmək olarmı? 

FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən politoloq Hikmət Hacızadə bildirdi ki, baş verənləri izah etmək üçün politoloq olmağa ehtiyac yoxdur. 

Azərbaycanın açıq-aşkar şəkildə hədələndiyini söyləyən ekspert, “sanki hansısa böyük plana hazırlıq gedir. Bu və ya digər yollarla Azərbaycana təzyiq etmək istəyirlər”, - deyə bildirdi: “İstəsələr Krım ssenarisini növbəti dəfə Qarabağla bağlı tətbiq edəcəklər. Nə olsun ki, Qarabağda ruslar yaşamır. Necə ki, Cənubi Osetiyada yaşayan osetinlərə Rusiya pasportları paylayıb öz ərazilərinə qatdılar, Qarabağla da bağlı eyni şeyi tətbiq edə bilərlər.” 

Politoloq onu da bildirdi ki, hal-hazırda dünyada pozulmamış qanun qalmayıb: “Beynəlxalq hüquq artıq demək olar ki, yox vəziyyətindədir. Kimin gücü nəyə çatırsa, oranı da ələ keçirir. “Qanuna görə onu edə bilməzlər”, - deyə bir şey yoxdur.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru