Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2014
12:42
1132
İki əli olmayan I qrup Qarabağ əlili avtomobil növbəsinə görə 4 aydır ki, yollardadır
Xəzər Mirzəyev: “Vaxtı ilə mənə qanuni növbəmi versəydilər, avtomobili çoxdan almışdım”

2005-ci ildə döyüş bölgəsində yaralanaraq hər iki əlini itirən, I qrup Qarabağ əllili Mirzəyev Xəzər Fazil oğlunu nazirlik tərəfindən növbəyə alınmır. Bu barədə FaktXeber.com-a Xəzər Mirzəyevin özü məlumat verib. 

Qarabağ əlilinin sözlərinə görə əvvəllər onu hərbi xidmət əlili kimi avtomobil növbəsinə yazmışdılar. Lakin sonradan hüquqlarım bərpa edildi və mənə Qarabağ əlili statusu verdilər: “İndi isə 4 aydan çoxdur ki, nazirliyə gedib gəlməyimə baxmayaraq məni növbəyə salmırlar. Halbuki bu müddət ərzində Qarabağ əlillərinə 3 dəfə avtomobil paylanıb. Vaxtı ilə mənə qanuni növbəmi versəydilər, avtomobili çoxdan almışdım.”

Çox böyük çətinliklə 4 aydır ki, Sumqayıtdan Bakıya gedib-gəldiyini söyləyən X. Mirzəyev, “nazirlikdən demirlər ki, səni qeydiyyata almırıq. Sadəcə hər dəfə gələn həftə gələrsiz deyib uzadırlar. Halbuki növbə üçün uzağı bir ay vaxt lazımdır”, - deyə bildirdi. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
22

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru