Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2014
11:40
Hərbi hissələr iri şəhərlərdən niyə çıxarılır?
Tərlan Eyvazov: “Qısa bir zamanda hərbi hissələrin köçürülməsi heç də məqsədə uyğun deyil”

Bu il 6, gələn il isə 5 hərbi hissə Gəncədən çıxarılacaq. 

Bu barədə açıqlamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin I rübünün yekunlarına həsr edilən iclasda bildirib. E. Vəliyev deyib ki, ölkə rəhbərinin tapşırığı ilə Gəncənin ətrafında hərbi hissələr üçün yeni binalar tikiləcək və Gəncənin mərkəzində olan hissələr ora köçürüləcək. 

Gəncənin hərbi hissələrin sayına ölkədə ikinci böyük bir şəhər olduğunu və Qarabağ müharibəsi dövründə kifayət qədər strateji əhəmiyyət daşıdığını nəzər alsaq, hissələrin köçürülməsi nə dərəcədə məqsədə uyğundur? 

FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən ehtiyatda olan zabit, hərbçi-ekspert Tərlan Eyvazov bildirdi ki, dünyanın inkişaf etmiş ölkələrində istər tələbə şəhərcikləri, istər böyük müəssisələr, istərsə də hərbi hissələr şəhərdən kənarda yerləşir. Vaxtı ilə Bakıda inşa edilən Salyan kazarmalarının da şəhərdən kənarda inşa edildiyini söyləyən ekspert, “lakin sonradan paytaxt Bakı və digər şəhərlərimiz böyüdüyündən həmin kazarmalar şəhərlərin ortasına düşmüş oldu. Ümumiyyətlə belə bir tendensiyanın olması normal qarşılanmalıdır. Hərbi hissələrin qısa zaman kəsimində köçürülməsi üçün maddi imkanlarımız olsa belə, maliyyə tələb edən başqa problemlərimiz də çoxdur”, - deyə bildirdi: “Qısa bir zamanda hərbi hissələrin köçürülməsi heç də məqsədə uyğun deyil. Çünki bu çox böyük xərc tələb edən məsələlərdir. Hökumətin qaçqınların, tələbələrin və hərbi hissələrin şəhərdən çıxarması ilə bağlı qarşısına qoyduğu məqsədlər böyük vəsait tələb edir. Əslində az vəsait sərf edərək daha geniş zaman kəsiyində köçürmələri həyata keçirmək mümkündür.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
563

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
425

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
515

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 05:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru