Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2014
16:26
4073
Zahid Oruc: “Vətəndaşlar ordunun durumuna və nazirin fəaliyyətinə orduda baş verən qeyri-döyüş itkilərinə görə qiymət verir”

Ötən ilin yanvar ayından etibarən orduda baş verən əsgər ölümləri ilə bağlı paytaxt Bakıda bir neçə böyük etiraz aksiyaları keçirildi. Eyni halda həmin dövrdə orduda əsgər yoldaşı tərəfindən güllənən və intihar edən hərbi qulluqçuların sayı özünün ən pik nöqtəsinə çatmışdı. Həmin dövrdə keçirilən etiraz aksiyaları nəhayət 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra nəticə verdi. Belə ki, İlham Əliyevin yeni komandasında Müdafiə Naziri postuna Zakir Həsənov təyin edildi. Lakin Zakir Həsənovun yeni posta təyin edilməsindən 6 aydan çox bir müddətin keçməsinə baxmayaraq, Səfər Əbiyevin dövründən orduda baş verən ölüm və intihar halları səngimək bilmir. Əgər problem Səfər Əbiyev idisə, onu Zakir Həsənovla əvəz etdilər. Bəs onda baş verənlərin əsl səbəbi nədir? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, 

 

Millət vəkili Zahid Oruc bildirdi ki, Müdafiə Nazirliyi postunda dəyişikliklərin zərurət olduğu həm cəmiyyətə, həm də ki, dövlətin ümumi elitasına bəlli idi: “Nəticədə nazirin dəyişilməsi ilə bağlı qərar verildi. Bütün bunların fonunda qısa zaman çərçivəsində orduda müəyyən dəyişikliklərin edilməsi və problemlərin aradan qaldırılması istiqamətində işlər görülür. Vətəndaşlar ordunun durumuna və nazirin fəaliyyətinə orduda baş verən qeyri-döyüş itkilərinə görə qiymət verir. Həqiqətən kadr dəyişikliyi ilə ciddi irəliləyişlərin əldə edilməsi mümkün deyil. Bunun üçün ilk öncə çox mühüm islahatlar həyata keçirilməlidir. Düşünürəm ki, orduda hərbi və qeyri hərbi vəzifələrin ayrılmasına ehtiyac var. Eyni halda orta məktəblərdə yeniyetmələrin hərbi hazırlığına diqqətin ayrılması olduqca mühümdür.”

 

Zahid bəy onu da bildirdi ki, valideyn himayəsindən dərhal azad edilmiş və heç bir hərbi təlim görməmiş yeniyetmələr psixoloji uyğunsuzluq şəraitində ciddi problemlərlə üzləşirlər: “Orduya yola salınan əsgərlərin tibbi yoxlanışına da ciddi şəkildə ehtiyac var. Digər tərəfdən beynəlxalq əlaqələr möhkəmləndirilməlidir ki, müasir qabaqcıl təlimatlar Azərbaycana gəlsin.”

 

Hazırda orduda baş verən neqativ hallarla bağlı ciddi narahatçılıq keçirdiyini söyləyən millət vəkili, “lakin ümid edirəm ki, yeni təyin edilmiş Müdafiə Naziri Zakir Həsənov qısa bir zaman ərzində problemləri həll edəcək. Düşünürəm ki, yeni nazir kifayət qədər bacarıqlı və peşəkar hərbçidir”, - deyə bildirdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 23:05



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com