Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2014
16:18
Piyadanı vurub qaçan 21 yaşlı sürücü saxlanıldı

Baş Prokurorluğun mətbuat xidmətindən  FaktXəbər-ə verilən məlumata görə, Şirvan şəhərinin hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin edilib.

2014-cü il aprelin 15-də saat 22:10 radələrində Şirvan şəhərində 1993-cü il təvəllüdlü Mustafayev Təbriz İlham oğlunun yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi «VAZ 21060» markalı avtomobillə yolu keçən piyada - 1978-ci il təvəllüdlü Səfərov İmaməddin Gülyar oğlunu vuraraq hadisə yerindən qaçması və sonuncunun hadisə yerində ölməsi  faktına görə Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcələsinin 263.2 (yol hərəkəti  və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Təbriz Mustafayev tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13542

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12217

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13640

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13219

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18584

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13088

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13211
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 17:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru