Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2014
20:15
802
Cəsur Sümərənli: “Azərbaycan Silahlı Qüvvələrində kadr böhranı yaşanır”

Müdafiə naziri Zakir Həsənov orduda hərbi polis sisteminin yaradıcılarından olan polkovnik Rövşən Məhərrəmovu ordu sıralarından uzaqlaşdırıb. Polkovnik Rövşən Məhərrəmov 2010-cu ildən xidmətini Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrində davam etdirib.
 
Hərbi-ekspert Cəsur Sümərənli Deyerler.org-a açıqlamasında bildirib ki, mövcud kadrlar silahlı qüvvələrdə islahatların aparılmasına imkan vermir: “Vaxtı ilə polkovnik Rövşən Məhərrəmovla bağlı xeyli söz-söhbət olub. Onun Hərbi Polis sisteminin rəhbəri olduğu zamanlar törətdiyi bəzi qanunsuzluqlarla bağlı mətbuatda daima məlumatlar gedirdi. Hətta bu cür məlumatların çox yazıldığı bir dövrdə o vəzifəsindən çıxarılmışdı. Məlumatlarda rüşvətlə, korrupsiya ilə bağlı çox ciddi faktlar var idi. Bu baxımda onun haqqında deyilən bəzi yüksək fikirləri qəbul edə bilmirəm.
 
Amma ümumilikdə qeyd edim ki, əgər doğrudan da sağlam ordu qurmaq istəyiriksə, orduda ciddi kadr dəyişikliyi aparılmalıdır. Müdafiə Nazirliyində Səfər Əbiyev dövründə vəzifə tutmuş generalların, zabitlərin tam əksəriyyəti korrupsiyaya qurşanmışdı. Təbii ki, bu cür zabitlərlə azad ordu qurmaq mümkün deyil. Amma bir məsələ də var ki, onların yerinə təyin olunan şəxslərin özləri də ziddiyyətlidir və onların özləri ilə də bağlı pozitiv fikirlər yoxdur. Azərbaycan Silahlı Qüvvələrində bir kadr böhranı yaşanır. Çünki, mövcud korrupsioner zabitləri çıxardıb, onların yerinə təyin etməyə sağlam zabitlər yoxdur. Düşünürəm ki, bu böhran yaxın perespektiv üçün davam edəcək. Mövcud kadrlar Silahlı Qüvvələrdə islahatların aparılmasına imkan vermir. Mütləq kadr hazırlığı ilə bağlı dövlətin bir strategiyası qəbul olunmalıdır. Əks halda hər hansısa bir uğurdan danışmağa dəyməz”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
298

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
232

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
164

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
153

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
383

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
294

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
235

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
186
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 00:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru