Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2014
13:05
635
Dini Komitədən `sunqurçu əməliyyatı` ilə bağlı açıqlama

Dini Komitədən “sunqurçu əməliyyatı" ilə bağlı açıqlama

Həmin ünvanda dini fəaliyyətlə məşğul olmaq üçün heç bir müraciət daxil olmayıb
Müəllif
Hafiz Əhmədov
Baxılıb
108
Kateqoriya
Din
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsilməsi məsələsinə münasibət bildirib.

Komitənin mətbuat xidmətindən bildiriblər ki, X.Mustafayev küçəsində “nurçu” təriqətinin “Mustafa Sungur camaatı” və ya
“klassik” kimi tanınan cərəyanın nümayəndələrinin birgə toplaşdığı ünvanda dini fəaliyyətlə məşğul olmaq üçün Komitəyə heç bir müraciət daxil olmayıb.

Komitədən bildiriblər ki, sözügedən ünvanda əməliyyat zamanı götürülmüş dini ədəbiyyat Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək qanunauyğunluğu barədə rəy bildiriləcək: “Eyni zamanda bildiririk ki, Dini Etiqad Azadlığı Haqqında Qanuna əsasən dini təyinatlı ədəbiyyat, əşyalar və dini məzmunlu başqa məlumat və materialların istehsal, idxalı, habelə yayılması yalnız Dövlət Komitəsinin müvafiq ekspertiza şöbəsinin rəyindən sonra həyata keçirilə bilər”.
Qeyd edək ki, “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb.

Yasamal Rayon Polis İdarəsinin nurçulara qarşı keçirdiyi əməliyyat zamanı saxlanılanlardan iki nəfər barəsində həbs qərarı çıxarılıb./anspress

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
23

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
26

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
163

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
80

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
161

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
110

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
37

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
162
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 10:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru